Analar ÜÇÜN » 2017 » İyul » 13 » UŞAQLARDA SIX RASTLANAN DƏRİNİN İNFEKSİON XƏSTƏLİKLƏRİ
13:43
UŞAQLARDA SIX RASTLANAN DƏRİNİN İNFEKSİON XƏSTƏLİKLƏRİ
İmpetiqo nədir?

Dərinin səthi, çox yoluxucu infeksiyon mənşəli xəstəliyidir. Stafilokoklar və streptokoklar tərəfindən törədilir. Sağlam dəridən bu bakteriyalar keçə bilmir. Əgər dərinin tamlığı pozulsa, hər hansı bir sıyrıq, cızıq və ya dəri tamlığını pozan hər hansı bir dəri xəstəliyi olsa (məs: atopik dermatit) bakteriyalar bu xəstəliyə səbəb ola bilər. Klinik olaraq dəridə sarımtıl, axıntılı, qabıqlı yaralar görülür. Antibiyotikli məlhəmlərlə müalicə olunur. Yayılmış olduqda sistemik antibiyotikə ehtiyac ola bilər.



Verruka (ziyil) nədir?

Verruka 100-den artıq tipi olan Human Papilloma Viruslar tərəfindən torədilən bir dəri xəstəliyidir. Məktəb yaşlı uşaqlarda çox görülür. Hovuzdan, və ya məişət yolu ilə yoluxa bilər. Sərt, dəri rəngində qabarıqlıq şəklində olur. Əllərdə, dırnaq çevrəsində, selikli qişalarda (məs: ağız içi) belə yarana bilər. Yoluxucu bir xəstəlikdir. Çox zaman heç bir narahatçlılıq vermir. Ayaq altında yerləşdiyi zaman üzərinə basanda ağrı verir. Yayılmasının qarşısını almaq üçün vaxtında müalicə olunmalı, gigiyenaya fikir verməli, dırnaq yemə alışqanlığı varsa ləğv olunmalıdır. Müalicəsində müxtəlif destruksiyaedici metodlar istifadə olunur.

Moluskum nədir?

Moluskum virus mənşəli bir xəstəlikdir. Poksviruslar tərəfindən törədilir. Üzəri parlaq, çox sərt olmayan, dəri rəngində qabarıqlıqlar şəklində olur. Yoluxucu xəstəlikdir. Sıxdığıda içərisindən boşalan mohtəviyyat xüsusilə yoluxucudur. Müalicə olunmasa da 2 il içərisində keçir. Ama bunu gözləmək məsləhət deyil, çünki uşağın başqa yerlərinıə və başqalarına yoluxa bilər. Müalicəsi destruksiyaedici metodlarla aparılır.


Herpes Nədir?

Herpes simpleks 1 infeksiyası insanların böyük bir hissəsinin həyatları boyu qarşılaşdıqları bir xəstəlikdir. Aktiv infeksiyası olan birindən təmas yolu ilə yoluxur. Virus ilə ilk qarşılaşmada yaranan birincili infeksiya çox zaman 6 ay-5 yaş arasında görülür. Əvvəlcə qızdırma, halsızlıq kimi əlamətlər görülür, daha sonra ağız vəya burun çevrəsi, dodaqlar, hətta ağız içində qabarcıqlar, və bunların açılmasıyla yaralar görülür. Yerli olaraq ağrı, göynəmə, qaşınma olur.Yaralar müalicə olunmasa infeksiyalaşa da bilər.

Birincili infeksiyadan sonra virus, sinir qanqlionlarında gizli olaraq qalır. Günəş şüaları, stres, qızdırma, həddən artıq yorğunluq, yerli travma kimi faktorların təsirindən virus aktivləşib dəri və selikli qişalara gələrək yeni yaralara səbəb olur. Çox yayılmış olmadıqda 1 həftə içində yaralar quruyub sağalır. Yayılanda vəya infeksiyalaşanda mütləq həkimə müariciət edib müalicə olunmaq lazımdır.


Bölmə: Uzm. Dr. LALƏ MEHDİ | Baxış sayı: 4402 | Əlavə edib: DrELM | Teqlər: moluskum, verruka, ziyil, herpes, dəri, Lalə, deri, impetiqo | Reytinq: 4.8/5
Şərh sayı: 0
avatar
Uzm. Dr. Lalə Mehdi
Uzman Dermatoloq

Uzm.Dr.Lalə         Mehdi
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev