|
(Shaun the Sheep)
2007-2010-cü(ci) il istehsalı olan HD keyfiyyətli QUZU ŞON(Shaun the Sheep) video materialı Cirtdan.TV portalında 2017.08.26 tarixində dərc olunmuş və onu 16549 istifadəçi online izləmişdir.
YENİ SERİYALAR ƏLAVƏ OLUNUB -47 -48 -49 -50 Şon adlı ağıllı quzu əslində bir başçıdır, O öz dostlarını hər zaman maraqlı hadisələrlə üzləşdirir və fermanı alt üst edirlər. Şon və onun dostları daim Bitzer adlı itin ətrafında dolanaraq hər zaman onun sahibinin işindən olmasına gətirib çıxarır. Fermer də nə başverdiyini öyrənmək üçün hər zaman işinnən olur. Hər yeddi dəqiqəlik epizod öz maraqlı musiqisi ile İngilis sakinlırinin qısaca həyatını anlatır. Bütün süjet qoca bir Fermer, onun Bitzer adlı dostu, çətin bir Buğa, Şounun başçılıq etdiyi quzular və üç balaca donuz haqqındadır. Serial bunu göstərir ki ferma həyatı heç də göründüyü kimi sıxıcı deyil. Yerli sakinlərlə hər zaman maraqlı hadisələr baş verir. Ya arılar yuvası peyda olur, ya uçan boş qab ortaya çıxır vs. Lakin Şoun bütün bunların üzərinnən rahat gəlir. Serialın yaradıcı heyyəti özlərinə çox ağır bir məsuliyyət götürüblər. Əvvəl bunu qeyd edək ki qısametrajlı filmlər çox çətindir. Maraqlı və gülməli bir ssenari hazırlamaq üçün ssenaristin üzərinə çox ağır bir iş düşür və göründüyü kimi də O bunun üzərinnən çox gözəl gəlir. Plastilin animasiyası işi daha da çətinləçdirir, bu texnikayı işlətdikləri halda 30 saniyəlik bir çəkiliş günləri alır. İşin çətinliyinə baxmayaraq avtor çox böyük uğur əldə edir. Ondan əlavə görmək olur ki rəssamlar da bu işə öz ürəklərini veriblər. Həmçinin xarakterlər də çox sevindirirlər, eyni zamanda hər bir personaj çox mükəmməl bir obraz canlandırır. Quzuarın marağı onları hər zaman yeni macəralarla üzləşdirir. Onları izləmək vəzifəsi Bitzerin işidir ama onların dostluğu onların bəzi işlərinin qizli qalmasına kömək edir.
Filmdə çəkilmişlər:
John Sparkes, Justin Fletcher, Kate Harbour
Bölmələr: Cizgi Filmi-Azərbaycanca dublyaj
|
|