Analar ÜÇÜN »


1 2 3 4 5 »
Açıqcası çox düşünürdüm bu kitab barədə geniş bir məqalə hazırlayım ya yox. Lakin yekun nəticə olaraq fikirləşdim ki, ən məqsədə uyğunu elə kitabdan diqqətimi cəlb edən hissələri ard-arda yerləşdirərək toplu halda diqqətinizə sunmaqdır.

"Bağçada Artıq Gec Olacaq" kitabının müəllifi Masaru İbuka (1908-1997) öz növbəsində dünyaca məşhur Sony şirkətinin həmtəsisçilərindən biri olmaqla yanaşı, uşaqların erkən yaşda təlim edilməsi ilə bağlı novatar ideyalarının təməllərini atan şəxslərdən biridir.

Artıq eyd etdiyim ki, kitabdan qısa hissələr şəklində veriləcək məqaləni nəzərə olaraq, məqalənin geridə qalan hissəsini "dırnaq" altında verməyi özümə borc bilirəm.

Hörmətlə İlkin Haxverdiyev

"Əgər üçyaşlı uşağın bilik aclığı yalnız Mikki Maus və sirk əyləncələri ilə deyil, həm də Mikelancelo, Mane, Rembrandt, Renuar, Leonardo da Vinçinin əsərləri ilə təmin olunsaydı, dünyamız daha da zənginləşərdi. Axı balaca uşağın bilmədiyi hər şeyi öyrənmək həvəsi hüdudsuzdur və hələ nəyin pis, nəyin yaxşı olması barədə onun təsəvvürü belə yoxdur.

Doktor Suzuki özünün bu unikal metodunu artıq 30 ildir tətbiq edir. Buna qədər isə o, ənənəvi təhsil metodundan istifadə etməklə həm aşağı, həm də yuxarı siniflərdə dərs demişdi. Müəyyən etmişdi ki, yuxarı siniflərdə uşaqlar arasında qabiliyyətlə bağlı fərqlər daha böyükdür, odur ki, aşağı sinif uşaqları arasında bunu sınaqdan keçirməyə başladı, daha ... Ardını oxu »
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 3679 | Əlavə edib: cirtdan | Tarix: 2019.01.29 | Şərhlər (0)

Normal uşaqlar doğumdan sonrakı həftələrdə məmə saatları xaricində davamlı yatar və oyanan uşaqlar isə yerindən tərpənərək hərəkət edə bilərlər. Uşaq yuxuya doyduğu, acdığı, altı çirkləndiyi və canı ağrıdığında ağlar və oyanar. Bu oyanmalar bəzən böcək və ya ağcaqanad dişləmələri, üz qisiminə çox işıq gəldiyində, yüksək səsli bir mühitin olması vəziyyətində, qundaq və geyimlərinin sıxması vəziyyətində də oyana bilərlər.

Sağlam bir uşaq, qolları dirsəkdən qıvrıq və qıçları dizdən yüngül bükük olaraq kürək üstü vəziyyətdə yatar və daha rahatlaması üçün baş şəklinin pozulmaması, uşağı bir az sağa və ya sola çevirərək yatırtmaq daha rahat bir yuxu yatmasına fayda verər.

Uşaqların yatdıqları yuxu zamanı böyüdükcə azalar, ilk günlərdə davamlı yatan uşaq üçüncü aya doğru 18 saat, bir yaşından sonra 13 saat yata bilməkdədirlər. Böyüdükcə azalan yuxu saatı böyüklərdə günün 1/3 ü olan 8 saata düşər.

Uşaqların əksəriyyəti gecə olmaq üzrə bir qisimini də gündüzləri yuxu yatarlar. Bir yaşına qədər, günortadan əvvəl və sonra olmaq üzrə gündə iki dəfə 2 saat, bir yaşından sonra da 1-2 saat hər gün günortadan sonra yatmalıdır. Bəzi uşaqlar oyunu çox sevdikləri üçün gündüz yuxusuna yatmaq istəməyə bilərlər. Ev içində və ya çölə çıxıb oyun oynaya bilərlər. Tez-tez bu tərz hərəkətlərdə olan uşaqlara gündüz yuxusunun öz sağlamlığı baxımından böyük əhəmiyyət daşıdığı izah edilsə, uşaq sizin sözünüzü dinlər və gündüzləri yatarlar.

Yatmayan, zaman ... Ardını oxu »
Böımə: Körpəyə Qulluq | Baxış Sayı: 3520 | Əlavə edib: Taleh | Tarix: 2019.01.16 | Şərhlər (2)

Uşağınızı qarşılıqsız sevdiyiniz üçün bəzən onun sevgi nümayişlərini gözdən qaçıra bilərsiniz. Uşağın inkişafı üçün əhəmiyyətli olan bu detalı necə hiss edəcəksiniz?
Ana və uşaq arasındakı bağ, körpə ana qarınındaykən başlayar. Doğum sonrasında da uşaqla ana arasında xüsusi bir ünsiyyət olar. Ana, uşağını böyük bir sevgiylə böyüdərkən uşaq da sevgisini bəzi yollarla ifadə edər.
• Dünyadakı heç bir şeyi anlamayan yeni doğulan körpənizin bildiyi bir şey varsa, o da gözlərinizin içinə baxdığında sizin əhəmiyyətli olduğunuzdur. Uşağınız zamanla sizə olan sevgisini bəzi yollarla göstərməyə başlayacaq.
• Körpəniz onun yanında olmadığınız zamanlarda sizi düşünməyə başlayıb doğulduğundan 8-12 ay arası bir zaman keçdikdən sonra, onun olmadığı otaqdan ayrıldığınızda ağlayar. Döndüyünüzdə isə gülücüklər saçar.
• İməkləməyə başlayan körpənizin hirsləri artacaq. Atdığı qışqırıqlar sizi sevmədiyi mənasına gəlməz, sizə bu qədər çox güvənməsəydi, inciməz ya da əsəbiləşməzdi, deyə düşünmək lazımdır.
• Körpəniz kədərli olduğunda sizə qaçarcasına gələcəkdir. Çünki kiçikkən "Səni sevirəm" deməyi bilə bilməz, amma hərəkətləri sözlərdən çox daha güclüdür.
• Uşağınız sizə bağçadan qopardığı bir çiçək, kiçik bir daş ya da hədiyyə olduğunu düşündüyü hər hansı bir şey verərək sevgisini göstərə bilər.
• Artıq evin hər şeyi ilə daha əlaqədar olmağa başlayan uşağınız "Ey, bax bunu mən etdim" deməyə çalışaraq sizin diqqətinizi çəkmək üçün çalışacaq. Çünki s ... Ardını oxu »
Böımə: Uşaqlar və Tərbiyə | Baxış Sayı: 3080 | Əlavə edib: Taleh | Tarix: 2019.01.16 | Şərhlər (1)

HPV (Human Papilloma Virus) uşaqlıq boynunda xərçəngin əmələ gəlməsinə səbəb olan təsdiqlənmiş virusdur. Təbiətdə 300-dən artıq növü vardır. 100-dən artıq növü uşaqlıq boynunda xərçəngə və ziyilə səbəb olur. Hal-hazırda 10 nəfərdən 1-ində HPV virusu vardır. HPV virusunun hər hansı bir əlaməti yoxdur. Hiss etmədən də bu virusa yoluxmaq olar. Prezervativ HPV-ə qarşı tam qorunma vasitəsi deyil. 95% cinsi yolla keçir. İnsanlarda ən çox 4 növünə rast gəlinir. HPV 6 və 11 xarici genital və anus nahiyəsində törəməyə, 16 və 18 uşaqlıq boynunda xərçəngə səbəb olur. Uşaqlıq boynundan yaxma götürülərək virus təsbit edilir. Bu üsulla HPV virusunun mövcudluğunu, varsa da növünü müəyyənləşdirmək olur. HPV-əcinsi əlaqə ilə yanaşı, təmasla da yoluxmaq olur. HPV-in səbəb olduğu uşaqlıq boynunun xərçəngi dünyadakı bütün qadınlarda ən çox rast gəlinən 2-ci xərçəng növüdür. Uşaqlıq boynundakı xərçəngdən hər 2 dəqiqədə 1 nəfər həyatını itirir.HPV uşaqlıq boynundakı xərçənglə yanaşı xərçəngdən əvvəlki törəmələrə, xarici genital xərçənglərə, vagina xərçənginə, baş-boyun nahiyədəki xərçəngə də səbəb olur. Genital ziyillərin müalicəsi ağrılı olur və tez-tez təkrarlanır. HPV virusunun səbəb olduğu xərçənglərə, xərçəngdən əvvəlki törəmələrə, və genital ziyillərə qarşı peyvənd vurmaqla qorunmaq olar. Cinsi aktiv olan qadın ildə 1 dəfə yaxma analizi etdirməlidir. Uşaqlıq boynunda xərçəng əmələ gəlməmişdən əvvəl xərçəngə səbəb olan törəmələr yaxma üsulu ilə təsbit edilib müalicə edilə bilər. Buradan be ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 1329 | Əlavə edib: blogger | Tarix: 2019.01.07 | Şərhlər (0)

Uşaqların qarşısında mübahisə edilməməsi lazımdır. Dinc ailə, mübahisə yaşandığı amma bunun bir sona çatdığı və həyat forması halına gəlmədiyi mühitləri meydana gətirməkdədir.
Uşaqlar konkret düşüncəyə sahib deyil. Bu səbəbdən mübahisələrdə istifadə edilən mücərrəd anlayışları olduğu kimi qəbul edə bilərlər. Mücərrədləmə qabiliyyətləri daha inkişaf etmədiyi üçün də hər şeyi adlıq halıyla anlamağa meylli olarlar. Məsələn: ''Öldürdün məni'' dediyinizdə həqiqətən yoldaşınızın sizi öldürdüyünü zənn edə bilir. ''Gedəcəyəm, o zaman dəyərimi anlayacaqsan'' şəklində şikayətləndiyinizdə həqiqətən gedəcəyinizə inanar.
Mübahisənin həyat və ya ünsiyyət forması olduğu ailələrdə, uşaqlar da ailələrindən nə görüb, öyrənirlərsə digər kəslərlədə ünsiyyətlərini bu şəkildə qurarlar. Onlar üçün artıq əlaqə yaratmaq, mübahisədən ibarət olar və problemin həll etmə üsulları da yalnız bu yoldan keçər. Şiddətli mübahisə olduğu mühitlər, uşaqların şəxsiyyətlərini və məktəb həyatını mənfi istiqamətdə təsir edər bunun üçün uşaqların yanında mübahisə eetməkdən qaçın. Ancaq bəzən bu reallaşdırıla bilməz. Bu vəziyyətdə, ədəbiylə mübahisəyə diqqət göstərilməli və uşaq mübahisənin içinə çəkilməməlidir.
Uşağın olduğu mühitdə mübahisə etmək nələrə səbəb olar?
- Bəzən mübahisə uzadan bir faktor ola bilər.
- Özlərinə və həyata qarşı hiss etdikləri güvən və təhlükəsizlikdə olma hisslərini yaralar.
- Həyatlarında pis bir şey olacaq hissi hakim olmağa başlar.
- Diqqə ... Ardını oxu »
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 2793 | Əlavə edib: Taleh | Tarix: 2018.11.12 | Şərhlər (1)

Hamiləlik dermatozları – sadəcə hamiləliklə əlaqədar olaraq ortaya çıxan dəri xəstəlikləridir. Bunlar əsas 4 qrupa bölünür:
1. Hamiləliyin intrahepatik xolestazı;
2. Hamiləliyin atopik səpgisi;
3. Hamiləliyin polimorf səpgisi;
4. Pemfigoid gestasyones.

Hamiləliyin intrahepatik xolestazı 30 həftədən sonra ortaya çıxır. Dəridə gözlə görünən heç bir şey yoxdur. Şiddətli qaşınma və qaşımaya bağlı dəyişikliklər, ekskoriasiyalar (sıyrıntı) görülür. Qaşıntı ovuc içi və ayaq altından başlayıb ətraflara, oradan da gövdəyə yayılır. Gecələr artır. Bu xəstələrin 10%-də sarılıq da ortaya çıxır.

Hamiləlik xolestazı şübhəsi olduqda qanda öd turşusu duzları, qaracıyərin funksional testləri, bilirubinlər baxılmalıdır. Fetusa (döl) üzərinə arzuolunmaz təsirləri ola bilər.

Daha sonrakı hamiləliklərdə də təkrar edə bilər.

Hamiləliyin atopik səpgisi – özündə və ya ailəsində atopi hekayəsi olanlarda, ikinci trimestrdə ortaya çıxır. Ən çox görülən hamiləlik dermatozudur. Ekzematoz və papuler tipi var. Dəri quruluğu, qaşıntı, total IgE yüksəkliyi görülür. Fetus üzərinə risk yoxdur. Sonrakı hamiləliklərdə təkrar edə bilər. Müalicəyə tez cavab verir.

... Ardını oxu »
Böımə: Uzm. Dr. LALƏ MEHDİ | Baxış Sayı: 3987 | Əlavə edib: DrELM | Tarix: 2017.07.26 | Şərhlər (0)

Miomalar uşaqlığın saya əzələlərində əmələ gələn xoşxassəli şişdir. Miomaların bədxassəli şişlərə çevrilməsi çox nadirdir, ancaq 2-5/1000 nisbətində sarkomatoz degenerasiya ola bilər. Bu cür miomalar əllə müayinə zamanı yumşaq olmaları, USM-də homogen görünmələri ilə seçilir. Miomalar qadının ən çox rast gəldiyi xoş xassəli şiş olaraq qəbul edilir. Yaş artdıqca rast gəlinmə tezliyi də artır, yaşı 20-35 arası olan qadınların 20%-i, yaşı 35-dən yuxarı olan qadınların 40%-də mioma vardır. Miomaların əmələ gəlməsində və böyüməsində əsas səbəb kimi hormonlar və genetik faktorlar göstərilə bilər. Dəqiq olaraq bilinir ki, estrogen və progesteron hormonları ilə miomaların böyüməsi arasında əlaqə vardır. Estrogen hormonu, xüsusilə, menopauzaya yaxınlaşan perimenopozal qadınlarda nəzərə çarpaçaq dərəcədə yüksəlir və elə bu dövrdə yaşı 40-45 arası olan qadınlardakı miomalarda sürətli böyümə müşahidə edilir. Bəzi ailələrdə miomaların tez-tez rast gəlinməsi genetik meyilliliyin əlaməti ola bilər.

Miomaların rast gəlinmə tezliyi erkən aybaşı olmağa başlayanlarda, sonsuzluqda – doğuşu olmamışlarda, ilk doğuşu gec yaşlarda olanlarda yüksəkdir. Bədən ağırlığının artması ilə miomaların müşahidə edilmə tezliyi arasında da bir əlaqənin olması təsbit edilmişdir. Bununla yanaşı, qohumlarında mioma olanlarda miomanın yaranma riski 2,5 dəfə artıqdır.

Uşaqlıqdakı miomalar
-Submukoz mioma (uşaqlığın daxili təbəqəsinə doğru böyüyən) ölçüsündən asılı olmayaraq anormal va ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 4905 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.07.17 | Şərhlər (0)

İmpetiqo nədir?

Dərinin səthi, çox yoluxucu infeksiyon mənşəli xəstəliyidir. Stafilokoklar və streptokoklar tərəfindən törədilir. Sağlam dəridən bu bakteriyalar keçə bilmir. Əgər dərinin tamlığı pozulsa, hər hansı bir sıyrıq, cızıq və ya dəri tamlığını pozan hər hansı bir dəri xəstəliyi olsa (məs: atopik dermatit) bakteriyalar bu xəstəliyə səbəb ola bilər. Klinik olaraq dəridə sarımtıl, axıntılı, qabıqlı yaralar görülür. Antibiyotikli məlhəmlərlə müalicə olunur. Yayılmış olduqda sistemik antibiyotikə ehtiyac ola bilər.



Verruka (ziyil) nədir?

Verruka 100-den artıq tipi olan Human Papilloma Viruslar tərəfindən torədilən bir dəri xəstəliyidir. Məktəb yaşlı uşaqlarda çox görülür. Hovuzdan, və ya məişət yolu ilə yoluxa bilər. Sərt, dəri rəngində qabarıqlıq şəklində olur. Əllərdə, dırnaq çevrəsində, selikli qişalarda (məs: ağız içi) belə yarana bilər. Yoluxucu bir xəstəlikdir. Çox zaman heç bir narahatçlılıq vermir. Ayaq altında yerləşdiyi zaman üzərinə basanda ağrı verir. Yayılmasının qarşısını almaq üçün vaxtında müalicə olunmalı, gigiyenaya fikir verməli, dırnaq yemə alışqanlığı varsa ləğv olunmalıdır. Müalicəsində müxtəlif destruksiyaedici metodlar istifadə olunur.

Moluskum nədir? ... Ardını oxu »
Böımə: Uzm. Dr. LALƏ MEHDİ | Baxış Sayı: 4379 | Əlavə edib: DrELM | Tarix: 2017.07.13 | Şərhlər (0)

Eynən qadının yetişkənlik kimi fizioloji olan bu dövrü klimakteriks adlanır. Bu dövrdə nəsil artırma çağı bitmə üzrədir və yumurtalıqların reproduktiv qabiliyyətini itirdiyi qadın üçün yeni bir dövr başlayır. Ümumiyyətlə bu dövrün ortaya çıxma səbəbi yumurtalıqların qocalması olaraq qəbul edilir. Menopauza dövrü bir qadın üçün geriyə dönüşü olmayan bir hadisədir. Əgər qadın 1 il müddətinə aybaşı görmürsə, o qadın menopauzaya girmiş qəbul edilir. Bu dövrdən sonrakı mərhələ menopauzadan sonrakı dövr, bu dövrdən əvvəlki mərhələ isə menopauzadan əvvəlki dövr adlanır. Adətən, bu dövr 40-60 yaş arasında olur. Menopauza qadından qadına fərqlənir və erkən əlamətlər hesab edilən nevroloji və psixoloji simptomlarla özünü büruzə verir. Diaqnozda əvvəllər istifadə edilən bir üsul olan vaginal yaxma, uşaq salma və menopauza dövründəki qadından qadına fərqli nəticələr verməsi səbəbi ilə artıq istifadə edilmir. Menopauzadan sonrakı dövrə girmiş qadınlarda ən əhəmiyyətli laborator nəticələr estrogenin 20-dən aşağı olması, FSH və LH-ın ən az 3 ölçüdə 40-dan yuxarıda olması qəbul edilir. FSH və LH-ın səviyyəsi menopauzadan 3 il sonra maksimum səviyyəyə çatır, sonra isə pillə-pillə azalır. Premenopauzal aybaşı olmayan qadınlarda yaş neçə olursa olsun hamiləlik düşünülməlidir.

Menopauzadakı əlamətlər: qadınların təxminən 70-80%-də estrogen çatışmazlığı əlamət olaraq ortaya çıxır. Menopauzada estrogenin azlığı ilə bağlı simptomlar dərhal özünü büruzə verir. Bununla yanaşı, qad ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2346 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.07.03 | Şərhlər (1)

Vulva xərçəngi

Adətən, şikayətə səbəb olmur. Ən əsas şikayət isə şiddətli qaşıntının olmasıdır. Ən çox kiçik dodaqlarda rast gəlinir. Törəmə, adətən, qabarıq, ağ, boz, qırmızı, yaxud qəhvə rəngli lokal törəmədir. Xərçəngdən əvvəl 1-ci, 2-ci və 3-cü mərhələ olaraq adlandırılan ilkin törəmələri mövcuddur. Vulva xərçəngi, yəni xarici cinsiyyət orqan xərçəngi qadın genital xərçəngləri arasında uşaqlıq boynu, endometrium xərçəngi, yumurtalıq xərçənglərindən sonra 4-cü yerdə dayanır. Bunun səbəbi olaraq isə Human Papilloma Virusu göstərilir. Human Papilloma Virusu uşaqlıq boynunda xərçəngə yol açan bir virusdur və xarici genital nahiyədə ziyillərə səbəb olur. Xroniki qaşınma, xarici genital bölgənin dərisinin nəmli olması, sintetik alt paltarları və paltarlarda istifadə edilən boyalar və yuyucu maddələr, lokal gigiyenanın pozulması xarici genital nahiyənin bir sıra xəstəliklərinə gətirib çıxarır. Diabet, artıq çəki, yüksək təzyiq kimi xəstəliklər xarici genital nahiyədə xəsrçəngə səbəb olmaqdan çox xərçəngin meydana çıxdığı dövrdə rast gəlinən xəstəliklər olaraq qəbul edilir.

Vagina 8-10 sm uzunluqda əzələli orqandır. Vaginada yaranan xərçəng birbaşa vaginadan başlanğıc götürən və ya digər orqanlardan vaginaya yayılan xərçəng olaraq dəyərləndirilir. Metastatik xərçənglər, yəni digər orqanlardan vaginaya yayılan xərçənglər vaginanın xərçənglərinə nisbətən daha tez-tez təsadüf edilir. Buna görə də vaginada müşahidə edilən xərçəng törəməsi vaginaya a ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2651 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.06.19 | Şərhlər (0)


Övrə çox sıx rastlanan bir xəstəlikdir. Əhalinin 15-25%-i həyatında bir dəfə də olsa övrə keçirmişdir.

Övrə qırmızı, qaşıntılı, 24-48 saat içərisində yer dəyişdirən, heç bir iz buraxmadan keçən qabarıqlıqlarla ortaya çıxan bir dəri xəstəliyidir. “Urtica” yəni, gicitkən otu (azərbaycanca tərcüməsi) sözündən götürülmüşdür. Övrə zamanı dəridə yaranan səpgi gicitkən otunun dəriyə toxunduqda əmələ gətirdiyi reaksiyaya bənzədiyindən bu ad verilmişdir. Qabarıqlıqlar bəzən birləşib bütün bədəni əhatə edə bilər. Hər yaşda ortaya çıxa bilər. 6 həftə içərisində tamamilə keçərsə kəskin, 6 həftədən artıq davam edərsə xronik övrədir. Əgər ödem dermisin dərin qatına və dərialtı toxumaya yayılarsa angioödem dediyimiz daha şiddətli bir tablo ortaya çıxır. Angioödem göz qapaqlarında, dodaqda, əllərdə şişlik şəklində görülür. Xəstəlik tənəffüs yollarına yayılarsa diqqətli olmaq və təcili yardıma müraciət etmək lazımdır.

Uşaqlarda kəskin övrənin səbəbi infeksion (daha çox viral) xəstəliklər, dərmanlar (antibiotik, qızdırmasalan, ağrıkəsici) və qidalardır (yumurta, çiyələk, süd məhsulları, balıq və s.)

Xroniki övrə müxtəlif orqanların xroniki xəstəlikləri ilə əlaqədar olaraq ortaya çıxa bilər. Xroniki övrə zamanı bir çox analizlərin veri ... Ardını oxu »
Böımə: Uzm. Dr. LALƏ MEHDİ | Baxış Sayı: 4525 | Əlavə edib: DrELM | Tarix: 2017.06.14 | Şərhlər (0)

Qadınların ginekoloqa müraciət etmə səbəbləri arasında ən çox rast gəlinən şikayət vaginal axıntıdır. Bir başqa şikayət isə qasıq ağrıları və qanaxma pozğunluqlarıdır.

Vaginanın daxili strukturu çox qatlı epitellə örtülüdür. İfrazat yaradan vəzlər olmur. Yalnız cinsi oyanma zamanı vaginanın xaricinə yaxın bölgədən sürüşkənliyi təmin edən maye ifraz olunur. Vaginal mayenin mühüm qismini serviks adlanan uşaqlıq boynu vəzilərinin ifraz etdiyi maye tutur. Bu vəzlər estrogenə qarşı həssasdır. Vaginanın çox qatlı epitelindən tökülən hüceyrələrdə vaginal mayenin yaranmasına təkan verirlər. Vaginada təbii olaraq əmələ gələn mikroorqanizmlər laktobasillərdir və bunlar vaginanı turş mühitdə saxlayaraq patogen mikroorqanizmaların çoxalmasının qarşısını alırlar. Az miqdarda şəffaf vaginal axıntı normal qəbul edilir. Bu cür axıntı xüsusilə, aybaşının sonundakı selik kimi şəffaf qoxusuz olduğu halda, ovulyasiyadan sonra ağımtıl qoxusuz krem halında olur. Təbii və fizioloji olan budur.

Aybaşı olmamış qız uşaqlarında və menopauzadan sonrakı qadınlarda estrogen çatışmazlığı ilə bağlı axıntı müşahidə edilmir. Bu cür fərdlər vaginal infeksiyaya daha meyillidir.

Artmış vaginal axıntının əsas səbəbi vaginal infeksiyalardır. Bununla yanaşı, uşaqlıq boynu infeksiyaları, yaraları, vaginal yaralar və uşaqlıq xərçəngləri də vaginal axıntını artıran digər faktorlardır.

Bakterial vaginitdə floranın dəyişməsi ilə bağlı inkişaf edən Gardanella Vajinalis ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 7001 | Əlavə edib: cirtdan-milli | Tarix: 2017.06.05 | Şərhlər (0)


00:04:29
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev