İSTİFADƏÇİ SAZİŞİ

Bu Saziş İstifadəçilərin www.cirtdan.tv saytının (Bundan sonra - "Sayt") materialları və xidmətlərindən istifadə şərtlərini tənzimləyir.

1.ÜMUMİ ŞƏRTLƏR

  1. 1.1. Saytın materialları və xidmətlərindən istifadə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
  2. 1.2. Bu Saziş ictimai təklifdir. Saytın materiallarından istifadə etməklə İstifadıçi bu Sazişə qoşulmuş olur.
  3. 1.3. Sayt Administrasiyası istənilən vaxt birtərəfli qaydada bu Sazişin şərtlərini dəyişə bilər. Belə dəyişikliklər saytda Sazişin yeni versiyasının dərc olunduğu andan etibarən 3 (üç) gün müddətində qüvvəyə minəcək. İstifadəçi edilən dəyişiklərlə razı olmadığı təqdirdə Sayta çıxışdan imtina etməli, Saytın materialları və xidmətlərindən istifadəni dayandırmalıdır.

2. İSTİFADƏÇİNİN ÖHDƏLİKLƏRİ

  1. 2.1. İstifadəçi Azərbaycan qanunları və ya beynəlxalq hüquq normalarını pozan, əqli mülkiyyət hüquqları, müəllif hüquqları və / və ya əlaqəli hüquqlara zidd olan, eləcə də nəticələri hər hansı bir şəkildə Sayt və Saytın servislərinin normal funksionallığına ziyan verəcək heç bir fəaliyyətlə məşğul olamayacağı ilə razılaşır.
  2. 2.2. Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.com və FreeOnlineGames(FOG) portallarının, o cümlədən Saytda yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Saytın materiallarından digər məqsədlərlə istifadə qadağandır.
  3. 2.3. Saytdan götürülən hər hansı bir məlumatda Sayta istinad keçidi olmalıdır.
  4. 2.4. Saytda İstifadəçinin əlavə etdiyi Şərhlər və digər materiallar(video,foto və s.) Azərbaycan Respublikasının qanunlarına və qəbul edilmiş əxlaq və etika normalarına zidd olmamalıdır.
  5. 2.5. Istifadəçi xəbərdar edilib ki, Saytda olan materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin foto və video arxivə yüklədiyi şəkil və videolara görə Sayt və Sayt Administrasiyası məsuliyyət daşımır.
  6. 2.6. İstifadəçi bu Sazişlə qəbul edir ki, Sayt və Sayt Administrasiyası hər hansı məlumat itkisinə və mümkün olacaq texniki nasazlığa görə İstifadəçi qarşısında cavabdeh deyil və buna görə birbaşa və ya dolayı məsuliyyət daşımır.
  7. 2.7. İstifadəçi qəbul edir ki, Saytın bütün xidmətləri, materialları və ya hər hansı bir hissəsi reklam ilə müşayiət oluna bilər. İstifadəçi qəbul edir ki, Sayt və Sayt Administrasiyası belə reklam ilə bağlı İstifadəçi qarşısında cavabdeh deyil və heç bir məsuliyyət daşımır.

3. DİGƏR ŞƏRTLƏR

  1. 3.1. Bu Saziş və ya onunla bağlı yaranan bütün mübahisələr Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həll edilir.
  2. 3.2.Sazişdə heç bir şey Sayt Administrasitasıyası ilə İstifadəçi arasında təşkilati, tərəfdaşlıq, işə götürmə, birgə fəaliyyət və ya Sazişdə bir başa nəzərdə tutulmayan hər hansı digər əlaqələrin qurulması kimi qəbul edilə bilməz.
  3. 3.3. Bu Sazışin hər hansı müddəasının məhkəmə tərəfindən etibarsız və ya icrasının məcburiyyətinə ehtiyacın olmaması kimi tanınması Sazişin digər müddəalarının etibarsızlığına səbəb olmur.
  4. 3.4. Sazişin müddəalarının İstifadəçi tərəfindən pozulması halında Sayt Administrasiyasının hərəkətsizliyi sonradan Sayt Administrasiyası tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsinə mane olmur.

İstifadəçi təsdiqləyir ki, bu Sazişin bütün müddəaları ilə tanışdır və qeyri-şərtsiz qəbul edir.

00:05:11
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev