Həyat çox qəribədir. Beləki o uğur qazanmış bir biznesmendir. Lakin vəsiyyətə uyğun olaraq ona altı dənə bir-birindən şirin pinqvin qismət olur. İlk öncə onlardan canını qurtarmağa çalışan Mister Popper günü-gündən onlara daha çox bağlanmağa başlayır. Həddindən artıq çox şirin və maraqlı olan bu filmi izləməyə hər birinizi dəvət edirəm
Sid milad yumurtasını qırandan sonra Santanın qara siyahısına düşməmək üçün Şimal Qütbünə yollanaraq Santatadan üzr istəmək qərarı alır. Amma həmişəki kimi vəziyyət daha da qəlizləşir.
Ranqo xameleondur, hansı ki özünü qəhrəman kimi hiss edir lakin bir türlü bunu nümayiş etdirə bilmir. Lakin qəflətən o Çirkli şəhərə gəlib çıxır və onun əlinə artıq bu fürsət düşür. O özünü ədalət savaşçısı elan edərək Vəhşı Qərbdəki kimi şərif olur. Oskar mükafatı qalibi bu sənət əsərinə sizləri baxmağı dəvət edirəm
WALL E. Bu balaca robot dünya tarixinə öz adını yazıb. Möhtəşəm bir sevgi hekayəsi. Çox maraqlı sujet xətti. Sadəcə olaraq baxıb heyran qalmaq olar. Uzun sözun qısası İMDB reytinqi 8.5 olan 400.000-dən çox səs toplayan bir animasıyası. Buyurun izləyin
Flin cavan və yaraşıqlı bir quldurdur. Necə quldur bəxti gətirən və ürəyi təmiz birisi. Amma bir gün meşədə böyük bir qalada gecələmək fikrinə düşür. Və elə burda da başına min bir əhvalat gəlir. Rapunsel adlı bir qız onun əl qolunu bağlayır...
Vitya və Maşanın öz dünyaları var. Vitya texnika düşkünüdür. Amma Şaxta Babanın onların köməyinə ehtiyacı var. Beləki Qar Qız oğurlanıb. Onlar Şaxta Babanın köməyi ilə onu geri qaytarmaq üçün nağıllar aləminə yola düşürlər.
Corc hımişə özünə balaca bir qardaş arzulayırdı. Valideynləri onun bu arzusunu yerində qoymadı. Nəticədə isə ailələrində balaca şip-şirin siçan Stuart gəldi... Bu balacanın həyatında macəralar elə bu andan başlayır. Beləki ətrafdakı bütün pişiklər onu tutmağa çalışır. Uzun sözün qisası çox maraqlı və məzəli bir əhvalat.
Bu dəfə qəhrəmanlarımız Manny, Sid və Diego, əriməyə başlayan buzların arasındadırlar. Sevimli və maraqlı yeni heyvanlar da aralarına qatılır. Ailəsinin olmasını istəyən mamont Manny, dünyada qalan tək dişi mamont olan Ellie ilə tanış olur, ancaq ...
Skot artıq 8 ildir ki, santanın vəzifə öhdəliklərini yerinə yetirir. Lakin bir də anlayır ki onun oğlu onsuz böyüyür və bütün bunlar bir kənara o özünə xanım santa da tapmalıdır
Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.com və FreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTO və VİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.