||
Analar ÜÇÜN » 2017 » Aprel » 24 » Yumurta hüceyrəsinin hərəkəti
15:22
Yumurta hüceyrəsinin hərəkəti
Ovulyasiyadan sonra qarın boşluğuna doğru hərəkət edən yumurta hüceyrəsi uşaqlılqla yumurtalıqlar arasındakı fallop borularının (uşaqlıq borularının) ucundakı fimbriaların köməyi ilə uşaqlığa doğru hərəkət edir. Yumurta hüceyrəsi təxminən 1 gün, sperma isə döllənməyə hazır olaraq qadın vücudunda 3 gün canlı qalır. Ovulyasiyadan 3 gün əvvəlki cinsi əlaqə ilə döllənmə-hamiləlik ola bilər. Təbii ki, döllənmə üçün yumurta hüceyrəsinin sağlam olması mütləqdir, lakin bununla yanaşı, qələm qalınlığında olan uşaqlıq borusunun, yumurtalıq borusundakı yumurta hüceyrəsinin uşaqlığa doğru hərəkətini təmin edən mikroskopik tüklər də sağlam olmalıdır. Hamiləliyin baş tutmaması ilə bağlı həkimə müraciət edən qadınlarda roentgen müayinəsi ilə uşaqlığın daxili pərdəsi və uşaqlıq borusunun vəziyyəti dəyərləndirilir. Lakin uşaqlıq borusunun açıq olduğunu görmək mikroskopik tüklərin sağlam olması demək deyil. Yumurta hüceyrəsi 6 günə yumurtalıqdan uşaqlığa doğru hərəkət edir, yumurta döllənməsə bu gediş tamamlanmır.

Cinsi əlaqədən sonra vaginaya boşalan spermalar ilk öncə uşaqlıq boynundan keçərkən zəif spermalar ələnir. Sağlam və güclü spermalar uşaqlıq boynundan keçərək borulara çatır, təxminən 10 sm olan bu məsafəni sperma 30-60 dəqiqəyə keçir. Özündən 500 dəfə böyük olan yumurta hüceyrəsinə çatan spermaların ən güclüsü təxminən 4 saatlıq mübarizə ilə qalın olan yumurta hüceyrəsinin xarici pərdəsini əridib içinə girir. Bundan sonra isə heç bir sperma yumurta hüceyrəsinə daxil ola bilmir. Yumurta hüceyrəsi və spermanın hər biri tərkibində minlərlə gen olan 23 xromosomu bir yerə gətirir və nəticədə 46 xromosomlu yeni bir canlı yaranır. Cinsi, fiziki xüsusiyyətlər, hətta xarakteri müəyyən edən bu genlərdir. Körpənin qız və ya oğlan olacağını sperma müəyyənləşdirir, bunda qadının heç bir rolu yoxdur. Əgər atadan gələn sperma özündə kişilik xüsusiyyəti daşıyırsa (Y), körpə oğlan doğulur. Əgər qadın xüsusiyyəti daşıyırsa (X) körpə qız doğulur. Döllənmiş yumurta hüceyrəsi bölünərək uşaqlığa doğru hərəkət etməyə başlayır. Bu zaman uşaqlığın daxili pərdəsi döllənmiş yumurtanın yerləşə bilməsi üçün hazır hala gəlir. Uşaqlığın daxili pərdəsinə yapışan döllənmiş yumurta hüceyrəsi embrion adlanır və qısa müddətdə ana qanı ilə təmasa girir. Bu zaman aybaşı gecikməmişdir və ya digər hamiləlik əlamətlərinin fərqinə varmaq üçün çox erkən olduğu halda hamiləlik baş tutmuşdur. Lakin bəzən bu mərhələ sizin ayırd edə bilməyəcəyiniz aybaşı qanaxması kimi erkən uşaq salma ilə nəticələnə bilər. Demək olar ki, uşaq salmaların 50%-I bu cür uşaq salmalardır. Uşaqlığa çatan embrion blastokist adlanır. Blastokist nə qədər yaxşı inkişaf edərsə, hamiləliyin davamı da bir o qədər sağlam olar. Embrionun uşaqlığa yapışması qanda hamiləliyi müəyyənləşdirən B-HCG maddəsini ifraz etməyə başlayır.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 934 | Əlavə edib: cirtdan-milli | Teqlər: Yumurta, hüceyrəsinin, hərəkəti | Reytinq: 5.0/1

OXŞAR MATERİALLAR:
Şərh sayı: 1
haciyeva Zumrud Spam
Cox sag olun bu cur gozel emellrinize gore. Cox etrafli gozel seliz qeyd etmisiniz her sheyi. Mariflendirirsiz insanlari.
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:07
«  Aprel 2017  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Copyright Cirtdan.TV ©
2013 - 2017
15:48 Pərşəmbə 2017.11.18
Online: 6
Qonaq: 6
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev