Analar ÜÇÜN »


Sitomeqalovirus (CMV) torch qrupu infeksiyaları arasında yeni doğulmuş körpəyə təsiri ən böyük olandır. Anadan gəlmə eşitmə qabiliyyətinin olmamasının və nevroloji problemlərin ən əsas səbəbidir. Herpesvirus sinfindən olan CMV-ə ilk dəfə məruz qalan şəxsdə gizli olaraq qalır, immunitetin zəiflədiyi dövrdə aktivləşir. Yeni doğulmuş körpələrin 1-2%-nə keçir. Diqqətlə tədqiq edildikdə isə onların 10%-də qüsur yaratdığı təsbit edilə bilər. Anadan bətnindəki körpəyə həm ana ilk dəfə bu infeksiyaya yoluxduqda, həm də anada bu infeksiya yenidən təkrarlandıqda keçə bilər. Doğumdan reproduktiv dövrə qədər CMV ilə qarşılaşmaq mümkündür və təxminən 50% qadının qanında daha əvvəl yoluxulmuş infeksiyaya aid tapıntılar müəyyən edilə bilər. CMV qan, ağız suyu, sidik, cinsi əlaqə yolu ilə yoluxa bilər. Qadınların 3-5%-də uşaqlıq boynunda bu virus təsbit edilə bilər. Bu, normal doğum zamanı yoluxma riskini artırır.

Yetkinlik yaşına çatmış sağlam qadında adətən heç bir şikayətə səbəb olmur. Ancaq bəzən temperatur, halsızlıq, baş və əzələ ağrısı yarada bilər və əksər hallarda bu simptomlar 2-6 həftə ərzində səngiyir. Hamilə qadında diaqnoz adətən təsirə məruz qalmış körpənin doğumu ilə qoyula bilər. Çünki daha əvvəl yaranan anticisimlər diaqnozu çətinləşdirir, hətta ən qabaqcıl analiz üsulları belə diaqnozu asanlaşdırmır. Digər TORCH infeksiyaları kimi CMV infeksiyası da hamiləliyin hər dövründə ana bətnindəki körpəyə təsir edə bilər, ancaq erkən dövrdə, yəni hamiləliyin ilk 3 ayında ... Ardını oxu »

Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 5147 | Əlavə edib: hakantv | Tarix: 2016.10.10 | Şərhlər (0)


00:01:18
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev