Analar ÜÇÜN »


Yeni doğulmuş körpənin qidalanmasını təmin etmək üçün hamiləlik müddətində hazırlanan süd vəziləri süd istehsalına başlayır. Hamiləlik dövründə hormonların təsiri ilə aktivləşən süd vəzilərindən südün ifrazı üçün polaktin hormonuna , ifraz olunan südün kanallardan xaric olması üçün isə oksitosin hormonuna ehtiyac vardır. Körpəsi yeni doğulmuş analarda südün gəlməsi doğuşdan sonrakı 24-72 saat müddətində başlayır. Süd ifrazı başlamamışdan əvvəl süd vəzilərində şişkinlik, lokal temperaturda artma, sərtlik və yüngül ağrı olur. Süd vəzindən gələn ilk süd körpəni infeksiyalara qarşı qoruyucu və immunitet xüsusiyyəti yüksək olan kolostrum ( bulama) adlanan süddür. İnsan yeni doğulmuş bütün məməlilər arasında ,kenqurular istisna olmaqla, ən zəifi və anaya bağlı olanıdır. Süd vəzi anadan hər hansı xəbərdarlıq almadan hamiləliyin 4-cü ayından etibarən süd verməyə tamamilə hazır olur. Süd vəzinin ucu çox həssasdır və sinir ucları ilə zəngindir. Montqomeri vəziləri olaraq adlanan tər vəziləri mövcuddur.

İnsan südü tərkibində dəyişkənlik olan ifrazatdır. Kolostrum adlanan ilk gün südü yetkin süddən fərqlidir. Südün tərkibi gün ərzində və zaman keçdikcə dəyişir. Bu dəyişikliyin ən mühüm hissəsi isə körpənin bağırsaqlarının fizioloji inkişafına kömək etməsidir. Südün tərkibindəki maddələrin çoxunun birdən çox faydası vardır. İnsan südü 200-dən çox maddənin qatqısından ibarətdir. Südün tərkibi əmizdirmənin mərhələsi, günü, saatı, qidalanma müddəti, ananın qidalanması və fərdi d ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2838 | Əlavə edib: hakantv | Tarix: 2016.11.28 | Şərhlər (0)


00:02:12
Copyright Cirtdan.TV ©
2013 - 2022

Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev