||
Analar ÜÇÜN » 2013 » İyul » 30 » Uşaqlar vaxtında yatmalıdır
15:29
Uşaqlar vaxtında yatmalıdır
Normal uşaqlar doğumdan sonrakı həftələrdə məmə saatları xaricində davamlı yatar və oyanan uşaqlar isə yerindən tərpənərək hərəkət edə bilərlər. Uşaq yuxuya doyduğu, acdığı, altı çirkləndiyi və canı ağrıdığında ağlar və oyanar. Bu oyanmalar bəzən böcək və ya ağcaqanad dişləmələri, üz qisiminə çox işıq gəldiyində, yüksək səsli bir mühitin olması vəziyyətində, qundaq və geyimlərinin sıxması vəziyyətində də oyana bilərlər.

Sağlam bir uşaq, qolları dirsəkdən qıvrıq və qıçları dizdən yüngül bükük olaraq kürək üstü vəziyyətdə yatar və daha rahatlaması üçün baş şəklinin pozulmaması, uşağı bir az sağa və ya sola çevirərək yatırtmaq daha rahat bir yuxu yatmasına fayda verər.

Uşaqların yatdıqları yuxu zamanı böyüdükcə azalar, ilk günlərdə davamlı yatan uşaq üçüncü aya doğru 18 saat, bir yaşından sonra 13 saat yata bilməkdədirlər. Böyüdükcə azalan yuxu saatı böyüklərdə günün 1/3 ü olan 8 saata düşər.

Uşaqların əksəriyyəti gecə olmaq üzrə bir qisimini də gündüzləri yuxu yatarlar. Bir yaşına qədər, günortadan əvvəl və sonra olmaq üzrə gündə iki dəfə 2 saat, bir yaşından sonra da 1-2 saat hər gün günortadan sonra yatmalıdır. Bəzi uşaqlar oyunu çox sevdikləri üçün gündüz yuxusuna yatmaq istəməyə bilərlər. Ev içində və ya çölə çıxıb oyun oynaya bilərlər. Tez-tez bu tərz hərəkətlərdə olan uşaqlara gündüz yuxusunun öz sağlamlığı baxımından böyük əhəmiyyət daşıdığı izah edilsə, uşaq sizin sözünüzü dinlər və gündüzləri yatarlar.

Yatmayan, zamanından əvvəl oyanan uşaqların yatmama və oyanma səbəblərini araşdırmalı, bu səbəbləri tapıb ortadan qaldıraraq yatmaları təmin edilməlidir. Yatmamaqda müqavimət göstərən, xasiyyətsizlik göstərən, narahatlığı hissiyyatlan uşaqları həkimə göstərilməlidir.

Bir çox analar uşağı, öz yatağında, qucaqda və ya dizləri üzərində yelləyib laylay söyləyərək yatırdarlar. Uşağı yatdıqdan sonra öz yatağına yatırtmalı, ana yanında, qucaqda və ya dizləri üzərində yatırdaraq laylay ilə yatırtmağa öyrətməməlidir. Bunlara öyrəşən uşaq öz yatağında yatmaq istəməz və ana və atasının yanından ayrılmaq istəməzlər və hər vaxt yanında olmalarını istəyərlər. Uşaq müəyyən saatlarda yatıb istirahət etməlidir. Zamanında yatıb yuxusunu alan uşaqlar sağlam, iştahlı və şən olarlar.


Bölmə: Körpəyə Qulluq | Baxış sayı: 814 | Əlavə edib: Taleh | Teqlər: vaxtında, Uşaqlar, yatmalıdır | Reytinq: 4.0/1

OXŞAR MATERİALLAR:
Şərh sayı: 2
Kafkazka_Ayka Spam
melumata gore tewekkurler
nuray Spam
nono
avatar
00:09:32
«  İyul 2013  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Copyright Cirtdan.TV ©
2013 - 2016
16:17 Bazar 2016.12.04
Online: 75
Qonaq: 75
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev