Analar ÜÇÜN »


« 1 2 3 4 5
Ana bu! Döyər də sevər də. Amma atadan daha çox döyür. Araşdırmalar elə deyir...
Qarşılıqsız sevginin simvolu analar, 'zorakılıq mərkəzi' çıxdı. Araşdırmalar qadınların, uşaqlarını kişilərdən daha çox döydüyünü isbat etdi.
Zorakılığın tez-tez yaşandığı dünyada cəza bu dəfə analara çıxdı! Həyat boyu Təhsil İnkişaf Dərnəyinin (HEGEM) etdiyi araşdırmalar, qadınların kişilərə nisbətən uşaqlarını daha çox döydüyünü göstərdi. Bu vəziyyətin, anaların atalardan daha uzun müddət uşaqla maraqlanmalarına da bağlı olduğunu ifadə edən ekspertlər, günahın təməlini isə müasirləşən həyata bağladı.
Betonlaşma problemi
HEGEM Başçısı Adem Solak, uşaqlara fiziki zorakılıqda əlavə romantik təcavüzün də tətbiq olunduğunu ifadə edərək, "Betonlara həbs olunan uşaqlar da ,qadınlar da təzyiq altındadır" dedi.
Böımə: Uşaqlar və Tərbiyə | Baxış Sayı: 1384 | Əlavə edib: Taleh | Tarix: 2013.07.30 | Şərhlər (3)

Hamiləlikdə dişlər zərər görərmi?

Hamiləlik dövründə östrojen və progesteron hormonlarında meydana gələn artım nəticəsində diş və diş ətlərindəki bakteriya toxumasında iltihab meydana gəlir. Əgər hamiləlik əvvəli ağız və diş baxımı edilmədisə bu cədvəl daha ciddi ölçülərə çatar.
Qeyri-kafi ağız gigiyenası hamiləlik dövründə ortaya çıxan 'hamiləlik şişinə də səbəb ola bilər.

İdeal diş baxımı necədir?

Hamiləlik dövründə dişlər gündə 3 dəfə fırçalanmalı və diş ipi istifadə edilməlidir. Beləcə çürüklərə gətirib çıxaran bakteriya ağız mühitindən uzaqlaşdırılmış olar. Spirtsiz ağız qarqaraları ilə ağız baxımına dəstək oluna bilər.
Diş sağlamlığı üçün zülal, A vitamini, C vitamini, D vitamini və kalsium ehtiva edən qidaların kafi miqdarda alınması lazımdır.

Hamiləlikdə dişlər tez çürüyərmi?

Bu dövrdə dişlərin daha tez çürüməsinin səbəbləri ananın şəkərli qidalara istəkli olması və bədəndə yaşanan hormonal dəyişmələrdir.
Hormonal dəyişmə nəticəsi diş ətlərində qanamaya meyli artan ana namizədi zamanla diş fırçalamaqdan qaça bilər. Buna görə hamiləlikdə diş həkimi müayinəsi daha böyük əhəmiyyət ifadə edər.

Diş həkiminə nə vaxt gedilməli?

Hamiləlik planlanırsa, diş həkimi ziyarət edilməlidir. İndiki vaxtda bütün hamiləliklərin planlı olması və hamiləlik əvvəli ana namizədinin sağlamlıq müayinəsindən keçməsi anlayışı hakimdir. Ağız və diş sağlamlığı müayinəsi həm ana həm də uş ... Ardını oxu »
Böımə: Hamiləlik | Baxış Sayı: 1182 | Əlavə edib: Taleh | Tarix: 2013.07.30 | Şərhlər (1)

Sağlam körpələr ümumiyyətlə 5-6 - ci ayda diş çıxartmağa başlarlar və bu müddət analar üçün olduğu qədər körpələr üçün də çətin bir müddətdir.
Ağrı,narahatlıq, hərarət, iştahsızlıq, yuxusuzluq, qulaq qaşıma, diş ətində qanama və tüpürcək axıtma kimi sindromlar göstərə bilər körpələr. Ancaq hamısında eyni sindromlar görülməsə də, sizə nələr edə biləcəyiniz mövzusunda işıqlandırmaq istəyirik.
Diş ətinə təzyiq etdiyində yaranan iltihablanmanın nəticəsində yaranan ağrını soyuq qidalar verərək yüngülləşdirə bilərsiniz. Xüsusilə soyuq və sərt meyvələr.
Daha çox su və ya sulu içkilər verə bilər, bədənindəki su itkisini önləyə bilərsiniz.
Diş ətindəki qaşıntılar üçün qaşıyıcılardan ala bilər, xüsusilə soyuducunda soyudulanlardan olmasa, hər hansı bir qaşıyıcını soyudub körpənizə verə bilər və daha çox rahatlama hiss etməsini təmin edə bilərsiniz.
İştahsızlıq yaşanması olduqca təbiidir, çünki körpələr diş ətlərindəki ağrıdan ötəri rədd edə bilərlər. Bunun yerinə lazımlı qidaları ala biləcəyi maye qidaları seçsəniz körpəniz ac qalmamış olar.
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 1252 | Əlavə edib: Taleh | Tarix: 2013.07.20 | Şərhlər (0)

Pis vərdişlərinizin üzərində işləyin, tənbəlliyi özünüzdən kənarlaşdırın,hər yeni gündə sevinməyi bacarın.
Heç düşünmüsünüzmü, övladınız sizi güzgü kimi özündə əks etdirir. Övladınızın küsəyənliyi ya inadkarlığı, zəhlənizi tökən ağlağanlığı sizin öz surətinizdir. Axı, ot öz kökü üstə bitər. Bu faktları nəzərə alıb uşağın pis vərdişlərilə mübarizə aparmaq olar. Amma daha yaxşı olmazmı ki, siz özünüzü tərbiyə edəsiniz və canlı güzgüdə göz oxşayan mənzərə açılsın? Gəlin, başlayaq.

Nitqinizə fikir verin.
Bəzən uşaqlar senzuradan kənar sözlərdən istifadə edirlər. Və əgər bu sözlər hansısa qohumunuzun yanında deyilirsə, xəcalətdən yerə girməyə belə hazırsınız. Normativ olmayan leksikadan nə özünüz istifadə edin, nə də övladınızın ətrafındakılara icazə verin. Uşaqla kobudluğa yol verməyin. Xəyalən özünüzü onun yerinə qoyun. Sizcə, "Mən kimə dedim: tez ol, televizoru söndür, yemək vaxtıdır” - kimi acıqlı kəlmələr kimə xoş gələr? Yerli – yersiz qışqırıqlar ünsiyyətə istilik qatmaz. Körpə ilə hakim tonda danışmayın, siz ordu zabiti yox, anasınız.
Mədəni və nəzakətli, özünə və başqalarına hörmət edən uşaq böyütmək üçün ona hər fürsətdə "sehrli sözlər” demək lazımdır. Məsələn, uşağa nəsə iş buyuran zaman ona mütləq " zəhmət olmasa” kəlməsilə müraciət edin. Xahişinizi yerinə yetirdikdən sonra isə "çox sağ ol, mənə çox kömək etdin” kimi sözlərlə öz təşəkkürünüzü bildirin. Qonşularla salamlaşın, ictimai yerlərdə nəzakətli olun. Ədəbsizin birinə rast gəlsəni ... Ardını oxu »
Böımə: Uşaqlar və Tərbiyə | Baxış Sayı: 1249 | Əlavə edib: Taleh | Tarix: 2013.07.17 | Şərhlər (0)

Hamiləlikdə yaşadığımız qansızlıq və dəmir əskikliyi üçün nə etməmiz lazımdır?
Oksigen qanda hemoglobin adı verilən bir zülala bağlanaraq daşınar. Qırmızı qan hüceyrələridə olan hemoglobin eyni zamanda qana qırmızı rəngi verən maddədir. Hemoglobinin normaldan aşağı olması isə anamı olaraq adlandırılar. Qadınlarda xüsusi ilə hamiləlik dövründə ən çox qarşılaşılan anamı növü dəmir əskikliyi anemisidir.
Dəmir, hemoglobinin ana quruluşunda olan bir elementdir. Amerika Birləşmiş Dövlətlərində qadınların 10 - 30% anemik olduğu düşünülməkdədir. Qadınlar kişilərə görə anemiye bir az daha meyllidirlər. Bunun təməl səbəbi menstruasiya qanamaları ilə nizamlı və davamlı olaraq qan itirmələridir. Ayrıca qadınların qidalanma vərdişlərinin kişilərdən fərqli olması da anemiye olan meyli artırmaqdadır. Hamiləlik anamı riskini artıran bir müddətdir. Qan təməl olaraq 2 hissədən meydana gələr. Birinci hissə şəkilli işçilər deyilən ağ qan hüceyrəsi, ikinci qisim isə bu şəkilli işçiləri daşıyan maye yəni qırmızı qan hüceyrəsi kimi hüceyrələr. Qırmızı kürələrin (qırmızı qan hüceyrəsi, eritrosit) plazmaya görə olan yüzdəsinə hematokrit adı verilər. Normalda hematokrit 38 - 45% arasındadır. Yəni qanın 38 - 45% şəkilli işçilər geri qalanı isə plazma tərəfindən yaradılmaqdadır. Hamiləlik əsnasında qan həcmi təxminən 50% artar. Bu artımın böyük bir hissəsi plazma qisimindədir. Qırmızı qan hüceyrələri plazma qədər sürətli çoxala bilməzlər.
Bu vəziyyətdə qan içində qırmızı qan hüceyrə ... Ardını oxu »
Böımə: Hamiləlik | Baxış Sayı: 1399 | Əlavə edib: Taleh | Tarix: 2013.07.17 | Şərhlər (0)

Psixolojimi yoxsa mexanikidir?
"Gecə alt islatmanın iki tipi vardır. Birincisi uşağın doğumundan etibarən altının heç quru qalmaması buna primer (ilk) tip deyilir. Digəri isə 5 yaşından sonra uşağın ən az 6 ay quru qaldıqdan sonra altını islatmağa yenidən başlaması yəni sekonder (ikincil) tipdir. Xüsusil iə ikinci tipdə araşdırma edilməlidir. Gecə işəmələri psixoloji və mexaniki səbəblərə söykənməkdədir. Mexaniki səbəblərə sidik yolları infeksiyası, anatomik pozğunluqlar, böyrəkdən sidik kisəsinə gələn yerlərdə yaşanan pozğunluqlar nümunə verilə bilər. Ailə içi zorakılıq, dayaq, ana atanın dalaşması, dərslərdə müvəffəqiyyətsizlik, uşağın bədbəxt olması isə psixoloji səbəblərə nümunədir.''
Alt islatma probleminin uşağın ictimai həyatını mənfi istiqamətdə təsir edərək ''Uşağın bu vəziyyəti ailə içərisində qalar. Uşaq anasının kimsəyə söyləməsini istəməz, utanar, sıxılar. Bu vəziyyət uşağın yaşı böyüdükcə daha böyük problemləri özü ilə gətirər. Uşağın ictimai həyatına təsir edər. Özünə inamını sarsıdar. Uşaq altını islatdığı üçün əsla lağ edilməməlidir, danlanılmamalıdır. Bunun yanında gecə işəməsi olan uşaqlarda danışma pozuğunluğu, dırnaq yemə də tez-tez görülmüşdür. Ayrıca erkən doğan prematüre körpələrdə və birinci dərəcədən qohum evliliklərindən doğan uşaqlarda altını islatma daha çoxdur.''
Həkim yoxlanışı vacibdir
Gecə alt islatma xəstəliyinin 5 yaşından etibarən yetkinlik dövrünə qədər çəkə bilər. "5 yaşından sonra uşağın gecə altını islatmağa ... Ardını oxu »
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 1203 | Əlavə edib: Taleh | Tarix: 2013.07.17 | Şərhlər (0)

Uşaqsız bir cütlük ikən, uşaqlı bir ailəyə çevrilməklə birlikdə ortaya çıxan əhəmiyyətli dəyişikliklər vardır.
İlk uşağın doğumu böyük bir həsrətlə gözlənilsə də, ailənin gənişlənməsinin gətirdiyi təzyiq səbəbiylə cütlüklər arasında problemlərə yol aça bilər. "Ər- arvad olmaqdan ana- ata" olmağa gedən müddətdə və ana-ata olduqdan sonra yaşanan çətinlikləri cütlüklər bərabər şəkildə həll edə bilərlər .
"Ana-atalar, eşqlərinin meyvəsini" qucaqlarına almaq üçün səbrsizlənərlər. Cütlüklər, uşaqla birlikdə bir ailə halına gələcəklərini və bir-birlərinə daha möhkəm bağlarla bağlanacaqlarını anlamalıdırlar.
Ana-ata olmuş cütlekərsə, bu gözləməylə gerçək arasında böyük bir uçurum olduğunu bilirlər.
Doğumdan sonrakı ilk aylar, yeni ana-ata olan cütlüklər üçün olduqca bezdiricidir. Ana və ya ata rolunu qəbul etmək, ümumiyyətlə ancaq cütlüyün bir-birinə daha az maraq göstərməsiylə mümkün ola bilər. Bu səbəblə, doğumundan sonrakı aylarda, körpə, ana və atası arasında azalan bir yaxınlıq hissi ilə böyüyər. Uşağın baxımının əhəmiyyət qazandığı bu dövrdə, ər-arvad arasındakı qarşılıqlı anlayış və mehribanlıq azalar.

Ailə içi rol bölüşməsi dəyişir
İlk uşağın doğumundan əvvəl cütlüklər arasında, ümumiyyətlə daha bərabər olaraq bölünən vəzifə və məsuliyyətlər, uşağın doğumuyla birlikdə yenidən təyin olunmaqda və dramatik şəkildə ənənəvi rol bölümünə uyğun bir hal almaqdadır. Doğumla birlikdə, işləyən qadınlar iş həyatından qismən ya da tamamilə u ... Ardını oxu »
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 1219 | Əlavə edib: Taleh | Tarix: 2013.07.17 | Şərhlər (0)


00:01:07
Copyright Cirtdan.TV ©
2013 - 2019

Online: 2
Qonaq: 2
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev