||
Analar ÜÇÜN »


« 1 2 3 4 5 »
Yeni doğulmuş körpənin qidalanmasını təmin etmək üçün hamiləlik müddətində hazırlanan süd vəziləri süd istehsalına başlayır. Hamiləlik dövründə hormonların təsiri ilə aktivləşən süd vəzilərindən südün ifrazı üçün polaktin hormonuna , ifraz olunan südün kanallardan xaric olması üçün isə oksitosin hormonuna ehtiyac vardır. Körpəsi yeni doğulmuş analarda südün gəlməsi doğuşdan sonrakı 24-72 saat müddətində başlayır. Süd ifrazı başlamamışdan əvvəl süd vəzilərində şişkinlik, lokal temperaturda artma, sərtlik və yüngül ağrı olur. Süd vəzindən gələn ilk süd körpəni infeksiyalara qarşı qoruyucu və immunitet xüsusiyyəti yüksək olan kolostrum ( bulama) adlanan süddür. İnsan yeni doğulmuş bütün məməlilər arasında ,kenqurular istisna olmaqla, ən zəifi və anaya bağlı olanıdır. Süd vəzi anadan hər hansı xəbərdarlıq almadan hamiləliyin 4-cü ayından etibarən süd verməyə tamamilə hazır olur. Süd vəzinin ucu çox həssasdır və sinir ucları ilə zəngindir. Montqomeri vəziləri olaraq adlanan tər vəziləri mövcuddur.

İnsan südü tərkibində dəyişkənlik olan ifrazatdır. Kolostrum adlanan ilk gün südü yetkin süddən fərqlidir. Südün tərkibi gün ərzində və zaman keçdikcə dəyişir. Bu dəyişikliyin ən mühüm hissəsi isə körpənin bağırsaqlarının fizioloji inkişafına kömək etməsidir. Südün tərkibindəki maddələrin çoxunun birdən çox faydası vardır. İnsan südü 200-dən çox maddənin qatqısından ibarətdir. Südün tərkibi əmizdirmənin mərhələsi, günü, saatı, qidalanma müddəti, ananın qidalanması və fərdi d ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 1868 | Əlavə edib: hakantv | Tarix: 2016.11.28 | Şərhlər (0)

İİV (QİÇS): retrovirus olan İİV ilə ilk qarşılaşdığımızdan 30 il keçmişdir, bu müddətdə diaqnozu və müalicəsində uğurlu nəticələr əldə edilmişdir. Artıq ana bətnində İİV virusuna yoluxanların hamiləliklərini tədqiq edirik. Ancaq Amerikada QİÇS hələ də ciddiyətini saxlayan sağlamlıq problemidir və hamiləlik zamanı keçən infeksiyaların ən mühümüdür.

İİV virusu yoluxduqdan sonra əvvəl səssiz bir dövr başlayır, daha sonra yavaş-yavaş immunitet sistemi çökür və QİÇS yaranır, ancaq bu bir neçə aydan 17 ilə qədər uzana bilən bir müddətdir. Hamiləlikdə İİV infeksiyası mövcuddursa, müdaxilə edilmədiyi təqdirdə anadan körpəyə keçmə ehtimalı 25% təşkil edir, ancaq ana və körpə üzərində mənfi təsiri olmayan antiretroviral dərman müalicəsi ilə müdaxilə edilərsə, bu ehtimal 8%-ə qədər düşə bilər. Bu nisbət antiretroviral dərman müalicəsi + qeysəriyyə əməliyyatı + əmizdirmənin qadağan edliməsi ilə 1-2%-ə qədər də enə bilər. Ancaq bəzi xüsusi vəziyyətlərdə, yəni ananın qanında aşağı CD4 (hüceyrə miqdarı) aşkarlanarsa, qeysəriyyə ananın həyatı üçün risk yarada bilər. Bu səbəblə ana ilə danışıb məlumatlandıraraq qərar verilməlidir.

İİV infeksyasının diaqnozu İİV-1 və İİV-2 anticisminin ELISA üsulu ilə diaqnozu, UESTERN BLOT üsulu ilə təsdiqlənməsi ilə qoyulur, ancaq erkən diaqnoz xəstəliyin şiddətinin qarşısını almaqda çox əhəmiyyətlidir. İİV infeksiyası təsbit edilən hamilə bu barədə səlahiyyəti olan xüsusi mərkəzlərdə izlənməlidir. Bu cür hallarda ilk olaraq ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 1925 | Əlavə edib: hakantv | Tarix: 2016.11.14 | Şərhlər (0)

Rubella (məxmərək törədicisi). Nəzəri olaraq belə bir fikir var idi ki, məxmərək peyvəndi anadan körpəyə keçən məxmərəyin  qarşısını alır, ancaq praktikada bu belə deyil.  Səbəbi isə, təbii immunitet sisteminin nəsil artırma çağındakı qadınların 80-90%-ini qoruyur, yerdə qalanlar isə uşaqlıqda edilən peyvəndlə qorunur, ancaq bəzən peyvəndən 5-10 il sonra  yox ola bilər. Bunun üçün nəsil artırma çağındakı bütün qadınlarda məxmərəyə qarşı immunitet yoxlanmalı və əgər yox olmuşdursa, yenidən peyvənd edilməlidir. Peyvənd edilərkən hamiləlik olmamalı və sonrakı 3 ay ərzində hamilə qalınmamalıdır. Ancaq bəzən hamilə ikən peyvənd edilir və ya peyvənddən sonrakı 3 ay ərzində hamilə qalınır. Bu cür hallarda kliniki təcrübələr göstərmişdir ki, hamiləliyin sonlandırılmasına ehtiyac yoxdur. Bu cür vəziyyətlərə məruz qalmamaq üçün immuniteti olmayanların peyvənd olunması doğumdan sonra həyata keçirilə bilər. Bu süd verməyə də maneə deyil. Bununla yanaşı, immunitetin yaranmasını aydınlaşdırmaq üçün 6-12 həftə sonra analiz edilməli, immunitet yaranmamışsa, peyvənd təkrarlanmalıdır. Peyvənddən sonra əks təsirlərə nadir hallarda rast gəlinir, ən çox müşahidə edilən əks təsiri əzələ-oynaq ağrılarıdır. 

     Hamilə qadının ilk 3 ayda məxmərək mikrobu ilə qarşılaşması tez-tez hallarda uşaq salma ilə nəticələnir. Ancaq bundan sonra hamiləlik davam edərsə, körpədə  inkişaf geriliyindən karlığa qədər bir çox problemlə qarşılaşmaq mümkündür. Əg ... Ardını oxu »

Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 1863 | Əlavə edib: hakantv | Tarix: 2016.11.07 | Şərhlər (0)

Hepatitlər: hepatit A RNT virusudur, nəcis və ağız yolu ilə keçir. Ciddi bir xəstəlikdir, ancaq ana bətnindəki və yeni doğulmuş körpədə hər hansı bir xəstəliyə səbəb olmur. Hepatit A virusuna təmasla və ya xəstəliyin geniş yayılmış ərazisinə səyahət etməklə yoluxma olmuşdursa, hamiləliyin olub olmamasından asılı olmayaraq, 0,02-0,05ml/kq immun serum qlobulini tədbiq edilməlidir.

Hepatit B (HBV) isə DNT virusudur. Hepatit, sirroz və hepatomanın ən mühüm səbəblərindəndir. Ancaq adətən, hər hansı bir şikayətə səbəb olmur. Qan, ağız suyu, vaginal ifrazat və ana südü ilə keçə bilər. Aktiv infeksiyanın bir müalicəsi yoxdur, ancaq qorunma üçün aktiv və ya passiv immunizasiya olduqca təsirlidir. HBV xəstələrinin yoluxuculuğunu göstərən ən mühüm əlamət HbsAg-dir. Yoluxma ən çox cinsi yolla və qanla olur. Genekoloqlar üçün bəlkə də, ən çətini HBV xəstəsi və ya daşıyıcısı olan analardan doğulan körpələrdir. Əgər bu cür vəziyyətlərə qarşı uzun müddət tədbirlər görülməzsə, qaraciyər xərçəngi baxımından risk daşıyırlar. Bunun üçün hamiləliyin başlanğıcında aparılan HBV yoxlamaları doğuma yaxın təkrarlanmalıdır. Bu cür yoxlanma 3 mərhələlidir: ilkin mərhələdə HbsAg yoxlanmalıdır, əgər müsbət çıxarsa, 2-ci mərhələdə qan nümunəsi yenidən analiz edilir.

HBV-li anadan doğulan körpələrə ilk 12 saat ərzində 0,5 ml Hepatit B immun globulin serumunun vurulması və daha sonra Hepatit B peyvəndinin tətbiqi yoluxmanın 85% qarşısını alır. Bunlar edilmədən ana qətiyyən kö ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2254 | Əlavə edib: hakantv | Tarix: 2016.10.31 | Şərhlər (0)

Herpesvirus infeksiyaları: genital infeksiyalara 85% hallarda II tip herpesvirus səbəb olur. Doğuş zamanı körpəyə yoluxması ən böyük narahatlıqdır. Bu cür yoluxmaya nadir hallarda rast gəlinsə də, bu infeksiyadan ölüm faizi yüksəkdir. HSV infeksiyası ilə üzləşən körpənin bu mikroba necə yoluxduğu, xroniki və ya müəyyən nahiyədə müəyyənləşmiş infeksiyaya hansı faktorların təsir etdiyi hələ də bu günkü elmə məlum deyil.

Xarakteristik törəmələr varsa, genital HSV diaqnozu qoymaq asandır. Lakin hamilələrin 40%-də infeksiya şikayatə səbəb olmur, törəmələrin 20-30%-i isə səciyyəvi olmur. Hamiləlik zamanı birincili HSV infeksiyasına yoluxma nadir haldır. Birincili infeksiya zamanı hamilədə xroniki xəstəlik inkişaf edir, temperatur və yorğunluq olur. Eyni zamanda bir sıra törəmələrin də olması müşahidə edilir. Törəmələrlə yanaşı, qasıq nahiyəsində ağrılı limfa vəziləri də olur. Sidiyə gedə bilməməyin səbəbi isə törəmələr və HSV-nin sidiyin ifraz olunmasına təsir edən sinir köklərində yerləşməsidir. Səciyyəvi törəmələr içi su ilə dolu olaraq başlayıb üzəri nəm yaralara çevrilir, daha sonra isə qabıq bağlayır. Bu cür törəmələr quruyanadək, yəni 7-10, bəzən isə 30 günə qədər yoluxucudurlar. Bəzi qadınlar, törəmələr sağalsa belə, uşaqlıq boynundan HSV yoluxdurmağa davam edə bilərlər. Çox tez-tez hallarda birincili HSV infeksiyasının meningitə səbəb olması müşahidə edilir. Baş ağrısına, işığa qarşı həssaslığa və ənsənin sərtləşməsinə diqqət yetirilməlidir.

... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2353 | Əlavə edib: hakantv | Tarix: 2016.10.24 | Şərhlər (0)

Asimptomatik bakteriuriya (ASB): Bu vəziyyətə qısacası sidik yollarında hamilədə şikayətə səbəb olmayan bakteriyaların yerləşməsi də deyə bilərik. İqtisadi vəziyyəti daha aşağı olan hamilələrdə daha çox olmaqla yanaşı, Amerikada hamilələrin 2-10%, İngiltərədə 2-5%-ində müşahidə edilir. Aparılan tədqiqatlar göstərmişdir ki, ASB müalicə edilmədiyi təqdirdə 2-13% hallarda erkən doğuma və 2-28% hallarda pielonefrit kimi ciddi böyrək iltihabına səbəb ola bilər.

ASB diaqnozunda ən əsas diaqnoz üsulu olaraq sidiyin qidalı mühitdə araşdırılmasından istifadə edilir. Millilitrdə eyni bakteriyadan ən az 105 ədəd törəməsi diaqnoz üçün əhəmiyyətlidir. Sidik kulturasının digər sürətli nəticə verən sidik analizləri ilə müqayisədə infeksiyaya səbəb olan mikrobu və hansı dərmanın müalicədə təsirli olduğunu dəqiq müayyənləşdirliməsi kimi üstünlükləri olsa da, qiyməti və ən az 24 saatdan sonra nəticə verməsi kimi üstün olmayan cəhətləri də var. Lakin digər analizlər tez nəticə verməklə yanaşı, təxminən hamilələrin 50%-də səhv nəticəyə gətirib çıxarmaqla müalicəni gecikdirə bilər.

Aparılan tədqiqatlarda ASB müalicəsinin qidalı mühitin nəticəsinə görə aparılması erkən doğum, pielonefrit və uşaqsalma riskinin qarşısını ala bildiyi göstərilmişdir. Müalicədə isə tək doza müalicəsinin 4-7 günlük müalicə ilə müqayisə edilməsi nəticəsində hər iki müalicə forması arasında erkən doğum və pielonefrit inkişafının qarşısını almaq baxımından fərq olmadığını göstərmişdir. Bunu ... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2005 | Əlavə edib: hakantv | Tarix: 2016.10.20 | Şərhlər (0)

Qrup B streptokok infeksiyasını hal-hazırda yetkin yaşına çatmışlarda getdikcə artan tezlikdə müşahidə etmək mümkündür və daha çox yumşaq toxuma infeksiyası, bakteriemiya (bakteriya və bakteriya toksinlərinin qana keçməsilə yaranan temperatur, titrətmə halına deyilir) və pnevmoniyaya səbəb olur. Yeni doğulmuşlarda yaranan infeksiyaların da ən çox rast gəlinən səbəblərindən biridir. 1930-cu illərdən bəri yeni doğulmuşun meningiti ilə əlaqələndirilsə də, 1960-cı illərdə qadının genital orqanlarında yerləşməsi müəyyənləşərək uşaq salma – erkən doğum və ölü doğulma ilə əlaqələndirilmişdir. Son illərdə isə hamiləlik dövründəki sidik yolu infeksiyaları, vaxtından əvvəl su kisəsinin açılması, amnion mayesi infeksiyaları və doğumdan sonra anada yaranan infeksiyaların səbəbi kimi göstərilmişdir.

GBS anaerob bakteriyadır, diaqnozu qidalı mühitdə (qidalı mühit infeksiyaların qaynağını, bakteriyaların növünü müəyyən etmək üçün mikrobların çoxaldılması üçün süni yaradılmış mikromühitdir) çoxaldılaraq qoyulsa da, həmişə bu mühitdə çoxaldıla bilməməsi və bu prosesin çox vaxt tələb etməsi diaqnoz üçün əlverişli deyil.

Hamilələrdə aparılan tədqiqatlarda GBS-in ən çox mədə-bağırsaqda, daha sonra isə vaginada yerləşdiyi müəyyən edilmişdir. Yaş, irq və ölkələrə görə dəyişməklə yanaşı, hamilələrin təxminən 20%-də təsbit edilmişdir. Doğum ərzində GBS mövcudluğunu müəyyən etmək üçün 36-cı həftədə mikrobun qidalı mühitdə analiz edilməsi daha uyğundur.

... Ardını oxu »
Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 1683 | Əlavə edib: hakantv | Tarix: 2016.10.17 | Şərhlər (0)

Asimptomatik bakterial vaginoz: Şikayətə səbəb olmayan bakterial vaginoz, vaginada olması lazım olan laktobasillərin azalması, bunun əvəzində vaginada normalda az miqdarda olan anaerob bakteriyaların çoxalması ilə yaranır. Bununla da vaginanın normal turşuluğu pozulur, axıntı və xoşagəlməz qoxu əmələ gəlir. Lakin hamilələrin 50%-də bakteriyal vaginoz şikayətə səbəb olmur.
Aparılan tədqiqatlarda göstərilmişdir ki, bakteriyal vaginoz erkən doğum riskini 1,85 dəfə artırır. Hətta hamiləliyin erkən dövründə təsbit edilən bu cür vəziyyət hamiləlik irəlilədikcə səngisə də, yüksək erkən doğum riski ortadan qalxmır

Müalicədə ən təsirli dərman vaginal yolla istifadə edilən metronidazoldur. Bununla yanaşı ağız yolu ilə amoksisilin və ya metronidazol + eritromisin də müalicədə istifadə edilir, lakin müalicədə metronidazolun 2/3-si qədər təsirli olması təsbit edilmişdir.

Son söz: Hamilələrdə rutin bakteriyal vaginozun araşdırılması və nəticə etibarilə, müalicə edilməsi erkən doğum riskini və ya arzuolunmaz nəticələri azaltmadığı üçün lazımlı dey il.

Uzm.Dr.HAKAN TANRIVERDI

Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 1275 | Əlavə edib: hakantv | Tarix: 2016.10.14 | Şərhlər (0)

Sitomeqalovirus (CMV) torch qrupu infeksiyaları arasında yeni doğulmuş körpəyə təsiri ən böyük olandır. Anadan gəlmə eşitmə qabiliyyətinin olmamasının və nevroloji problemlərin ən əsas səbəbidir. Herpesvirus sinfindən olan CMV-ə ilk dəfə məruz qalan şəxsdə gizli olaraq qalır, immunitetin zəiflədiyi dövrdə aktivləşir. Yeni doğulmuş körpələrin 1-2%-nə keçir. Diqqətlə tədqiq edildikdə isə onların 10%-də qüsur yaratdığı təsbit edilə bilər. Anadan bətnindəki körpəyə həm ana ilk dəfə bu infeksiyaya yoluxduqda, həm də anada bu infeksiya yenidən təkrarlandıqda keçə bilər. Doğumdan reproduktiv dövrə qədər CMV ilə qarşılaşmaq mümkündür və təxminən 50% qadının qanında daha əvvəl yoluxulmuş infeksiyaya aid tapıntılar müəyyən edilə bilər. CMV qan, ağız suyu, sidik, cinsi əlaqə yolu ilə yoluxa bilər. Qadınların 3-5%-də uşaqlıq boynunda bu virus təsbit edilə bilər. Bu, normal doğum zamanı yoluxma riskini artırır.

Yetkinlik yaşına çatmış sağlam qadında adətən heç bir şikayətə səbəb olmur. Ancaq bəzən temperatur, halsızlıq, baş və əzələ ağrısı yarada bilər və əksər hallarda bu simptomlar 2-6 həftə ərzində səngiyir. Hamilə qadında diaqnoz adətən təsirə məruz qalmış körpənin doğumu ilə qoyula bilər. Çünki daha əvvəl yaranan anticisimlər diaqnozu çətinləşdirir, hətta ən qabaqcıl analiz üsulları belə diaqnozu asanlaşdırmır. Digər TORCH infeksiyaları kimi CMV infeksiyası da hamiləliyin hər dövründə ana bətnindəki körpəyə təsir edə bilər, ancaq erkən dövrdə, yəni hamiləliyin ilk 3 ayında ... Ardını oxu »

Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 2728 | Əlavə edib: hakantv | Tarix: 2016.10.10 | Şərhlər (0)

Toksoplazmoz–anadangəlmə toksoplazmoza rast gəlinmə tezliyi 1/1000 ilə 1/10000 arasında dəyişir. Hamiləlik həftəsi artdıqca ana bətnindəki körpəyə keçən toksoplazmanın (toksoplazmoz xətəliyinin törədicisi toksoplazma adlanır) yaratdığı qüsurun şiddəti azalır. Bununla yanaşı ilk 3 ayda yoluxma riski 15%, ikinci 3 ayda 25% və son 3 ayda 60%-dir. Xəstəliyə məruz qalanların 80% -nin heç bir şikayəti olmadığı üçün bu xəstəliyə qarşı immunitetli olduqlarını bilmirlər. Şikayəti olanların isə şikayətləri ümumi xarakterli olduğundan toksoplazmozu xatırlatmır. Toksoplazmoz xəstəliyi daşıyan pişiklərin nəcisindən və ya az bişmiş, yaxud çiy ətin yeyilməsi və bunlara toxunma yolu ilə əldən ağıza keçməklə ötürülür. Evdə saxlanılan və yalnız bişmiş qidalarla qidalanan pişiklərdən yoluxma riski yox dərəcəsindədir. Ancaq buna baxmayaraq, pişiklərin nəcisi və yatdıqları yer təmizlənərkən əlcəklərin istifadə olunması qorunma baxımından vacibdir.

Toksoplazmanın ana bətnindəki körpəyə keçməsi üçün ya hamiləlikdən əvvəl, ya da hamiləlik ərzində ilk dəfə keçməsi lazımdır. İlk 3 ayda ana bətnindəki körpəyə yoluxması, çox hallarda, uşaq salmaya, ancaq bu hal olmasa da, körpədə çox ciddi qüsurlara səbəb olur. Toksoplazmoz ilə doğulan körpələrin 85%-i dünyasını dəyişir, digərlərində isə ciddi nevroloji qüsurlar müşahidə edilir.

Toksoplazma diaqnozu daha çox USM-də körpədə anormal halların və ya doğulan körpədə qüsurların müşahidə edilməsi ilə, bəzən də hamiləni ... Ardını oxu »

Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 1848 | Əlavə edib: hakantv | Tarix: 2016.10.08 | Şərhlər (0)

Xlamidioz: Genital xlamidioz infeksiyası digər ölkələrdə ən çox cinsi yolla keçən infeksiyadır. Hər hansı bir şikayətə səbəb olmadığından çox insan bu infeksiyaya yoluxduğunu bilmir. Ancaq müalicə olunmadığı təqdirdə, bu cür infeksiya qadında pelvik iltihaba, sonsuzluğa, uşaqlıqdan kənar hamiləliyə zəmin yaradır. Bununla yanaşı, bir çox qadındakı müalicəyə cavabsız və ya təkrarlanan xroniki pelvik ağrının, qasıq-bel ağrısının ən əsas səbəblərindəndir. Hamiləlik zamanı yaranan xlamidioz infeksiyası yeni doğulmuş körpənin gözündə konyuktivit, sətəlcəm və doğumdan sonrakı uşaqlıq pərdəsinin (endometrium) iltihabı ilə nəticələnə bilər.

Xlamidioz ilə bağlı məlumatlar məhduddur. Ən dəqiq diaqnoz isə qidalı mühitdə çoxaldılmasıdır. Qanda aparılan seroloji analizlərlə bağlı problem isə infeksiyanın yeni yoluxan, yoxsa xroniki xarakterli olmasının təyini və digər mikroblarla çarpaz reaksiyanın olmasıdır. Ancaq son illərdə çıxan sitoloji analiz üsulu düzgün nəticənin əldə olunmasında digər üsullardan kifayət dərəcədə fərqlənir. Hamilələrdə şikayətə səbəb olmayan uşaqlıq boynundakı xlamidioz infeksiyasına 5-10% kimi yüksək ehtimalla rast gəlmək mümkündür. Doğum ərzində yeni doğulmuşa xlamidiozun yoluxması və konyuktivitin yaranma ehtimalı yüksəkdir.

Xlamidioz müalicəsində birinci seçim tetratsiklindir, ancaq hamilələrdə istifadə edilmədiyindən eritromitsin, amoksitsillin və ya azitromitsin təyin edilə bilər.

Son söz: ... Ardını oxu »

Böımə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış Sayı: 864 | Əlavə edib: hakantv | Tarix: 2016.10.07 | Şərhlər (0)

Uşaq düşdüyü və ya hər hansı bir şəkildə canı ağrıdığı zaman mütləq ana və atasından, daha olmadı ən yaxını tərəfindən təsəlli edilmək, sevilmək istər. Bu tərz hərəkət ana və atanın içindən gəlməsi lazımdır. Belə davranmaq uşaq üçün lazımlı olan ən təbii və edilməsi lazım olan doğru bir hərəkətdir. Bəzən, uşağını cəsur və qorxusuz böyütmək istəyən bir ana, onu təsəlli etmənin uşağı qorxaq edəcəyindən çəkinər. Amma özünə təhlükəsizliyi olan bir uşaq, canı yandığı zaman təsəlli edilməklə cəsarətsiz olmaz. Uşaqlar böyüdükcə, xüsusilə altı yaşı keçincə, cəsur olmaq və ən kiçik bir şey üçün anasına qaçmamaq üçün öz-özünə səy göstərəcək.

Amma hər şeyə ağlayan uşağın keçmişini diqqətlə izləmək lazımdır. Üstünə çox düşülərək nazlı bir uşaq halına gətirilməməlidir. Bəzən, ümumiyyətlə sərt olan ana, uşağın canı ağrıyınca, ya da uşaq xəstələnincə yumşalar. Bu çox pis bir şeydir. Uşağın canı yandığı zaman şəfqət göstərmək lazımdır amma digər zamanlarda da anlayışlı və yumşaq olmağa çalışmalısınız. Bəzən də ana - ata düşməkdən və xəstəlikdən o qədər qorxarlar ki, bu qorxulan uşağa da keçər.

Ağlamaqda olan uşağınızı təsəlli etməkdən qətiliklə özünüzü saxlamayın və çəkinməyin. Amma düşməsini ya da xəstəliyini böyütməyin və mümkün olduğunca bu hərəkətinin tez unudulması üçün bir az səy göstərərək unutmasını təmin edin.
Böımə: Valideynlərə Məsləhət | Baxış Sayı: 1052 | Əlavə edib: Taleh | Tarix: 2013.07.30 | Şərhlər (0)


00:10:04
«  Mart 2019  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Copyright Cirtdan.TV ©
2013 - 2019

Online: 1
Qonaq: 1
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev