Analar ÜÇÜN » 2017 » May » 22 » Cinsi funksiya pozğunluğu
10:56
Cinsi funksiya pozğunluğu
Cinsiyyətin müəyyənləşdirilməsi: Hal-hazırda ən vacib mövzulardan olan qadın və kişinın cinsiyyətinin müəyyənləşdirilməsi istiqamətində son illərdə genetika elminin inkişaf etməsi və hormonların yüksək səviyyədə araşdırılması texnikası artıq daha dəqiq diaqnoz qoymağa kömək edir. İnsanın cinsiyyətinin dəqiq müəyyənləşməsi üçün 8 səviyyədə təsbit edilməsi lazımdır.

• İrsiyyət – xromosomların tədqiqi
• Kişinin və ya qadının yumurtalarının quruluşu – hormon vəziləri
• Qadın və kişidə olan cinsi hormonların həmin cinsə uyğun dəyərlərdə olması – endokrin sistem
• Daxili cinsiyyət orqanlarının cinsə uyğun olması
• Xarici cinsi orqanların və tüklənmə kimi ikinci cinsi xarakterlərin yuxarıdakılara uyğun olması
• Beyin toxumasında cinsi mərkəzdə cinsə xas fərqliliyin olması
• Doğum zamanı tam inkişaf etmiş xarici cinsi orqanlara baxaraq təsbit edilən cinsiyyət
• Həmin şəxsin cinsi baxımdan özünü necə görməsi

Bugünkü məlumatlara görə bir şəxsə qadın və ya kişi demək üçün yuxarıda sadalanan 8 dəyrələndirmənin həmin cinsə uyğun olması lazımdır. Bütün elmi açıqlamalar və təsirlər arasında fərdin cinsiyyətinin əmələ gəlməsində ən mühüm təsir cinsi kimlikdir. Cinsi kimlik sarsıntıları, şübhələr, düzgün olmayan tərbiyələndirmə və dəyərləndirmələr fərdin ruhi sabitliyində, cinsi davranışlarında pozğunluqlara səbəb olur. Ailənin və ya yaxın ətrafın böyüyən uşaqda cinsi kimliyin əmələ gəlməsində təsiri çox böyükdür. Körpə dünyaya gəldikdə xarici cinsi orqanlarına görə cinsiyyət müəyyənləşir. Bir çox ölkədə olduğu kimi ölkəmizdə qoyulan adlar, yataq örtüsünün rəngindən tutmuş alınan oyuncaqlara qədər oğlan və ya qıza yaxın davranış qəliblərinin dəstəklənməsi ilə digər cinslə arasında fərqlər yaradılmağa başlanır. Körpəlik çağından sonra uşaqlıq çağında uşaq özünü gedərək kişi və qadınlığa uyğunlaşdırır. Bu səbəblə kiçik yaşlarda qızları oğlan uşağı kimi geyindirib oğlan oyunları oynatmaq çox təhlükəlidir. Analar və atalar bu mövzuya çox ciddi yanaşmalı, hətta zarafatla belə bu cür yanlış davranışları bir neçə dəfə belə təkararlamamalıdırlar. Cinsi kimliyin xüsusiyyətləri 2-4 yaşları arasında yerləşir. Uşağın xarici cinsi orqanları baxımından cinsiyyətin dəqiqliyi barədə şübhələr varsa, dərhal bu sahədə ixtisaslaşmış həkimlərə müraciət etmək lazımdır. Ailə içində ana ilə ata arasındakı davranışlar belə uşağın qadın və ya kişi tipli xarakterlərə yiyələnməsinə səbəb olduğu araşdırmalarda ortaya çıxmışdır. Cinsi kimlik baxımından fərdin inkişaf etməsində ən mühüm mərhələ yetkinlik çağıdır. Yetkinlik çağında qadının və ya kişinin hər cinsi davranışı öz cinsi kimliyinin bir növ sınağıdır. Bu cür münasibətlərdə mühüm olan fərdin qadınlığını və ya kişiliyini əlaqədə olduğu kəslərə və ya ətrafına göstərmə formasıdır. Başqa bir sözlə nə qədər qadın və ya kişi olmasıdır. Cinsiyyəti yalnız bioloji çərçivə içərisində məhdudlaşdırmaq düzgün olmazdı. Seksuallıq və cinsiyyət faktlarının fərdi və mənəvi sərhədlərini hesaba almaq lazımdır. Cinsi kimliyini fərdin öz dəyərləndirməsinə buraxmamaq böyük yanlışlıqdır. Qısacası cinsi kimlik bir insanın özünü kişilik və ya qadınlıqla eyniləşdirməsidir. Cinsi funksiya pozğunluqları və ya digər bir ifadə ilə funksional cinsi pozğunluqlar ən çox rast gəlinən cinsi problemlərdir. Çox müşahidə edilməsilə bərabər, müalicəsi mümkün olan xəstəliklərdir. Cinsi funksiya pozğunluqlarının başında kişidə erkən boşalma, qadında isə orqazm olmama və vaginizm gəlir. Əvvəllər cinsi problemləri “frigid qadın” və “iqtidarsız kişi” olaraq adlandırırdılar. Artıq bu cür ifadələri cinsi funksiya pozğunluqları əvəz etmişdir.

Cinsi funksiya pozğunluqlarının səbəbləri:

Cinsi funksiya pozğunluqlarının səbəbləri üzərində son 40 il ərzində geniş araşdırmalar aparılmışdır. Bəzi səbəblər aydın olsa da, nə üçün bu problemin birdən birə yaranmasının dəqiq bir cavabı aşkarlanmamışdır. Bəzən partnyorlardan birinin mənfi və fərqinə varmadan etdiyi rəftar birdən-birə şəxsin özündə və ya partnyorunda funksional cinsi pozğunluğun ortaya çıxmasına səbəb olur. Çox vaxt bunun fərqinə vara bilmirlər. Bəzən cütlüyün birində başlayan pozğunluq digərinə də təsir edir və daha fərqli cinsi funksiya pozğunluğuna səbəb olur. Adətən, orqazm olmama şikayəti ilə müraciət edən cütlüklərlə söhbətdən sonra kişidə də boşalma problemi ortaya çıxır. Problemi müalicə edərkən təbii olaraq səbəbləri araşdırılır. Cinsi funksiya pozğunluqlarının ən mühüm faktorları arasında fizioloji və fiziki səbəbləri, məlumatsızlığı, texniki cinsi məlumat azlığını, mənəvi səbəbləri, cinsi əlaqəyə qorxu, uğursuzluq qorxusu, fərddə əks cinsə qarşı qənaətbəxş olmama qorxusu, fərdi və şəxsiyyət mübahisələri və cinsi problemləri danışıb müzakirə edə bilməmələri kimi səbəbləri saya bilərik.

Cinsi funksiya pozğunluqlarının fiziki səbəbləri:

Fiziki səbəblərin önündə, adətən, qadınlardakı hamiləlik, doğuş və menopauza ilə əlaqəli fizioloji dəyişikliklər gəlir. Ancaq unutmaq olmaz ki, hər hamiləlik və doğuşda belə cinsi funksiya pozğunluqları həmişə olmur. Eyni zamanda, hər menopauzaya girən qadın da cinsi funksiya problemi yaşayacağı narahatlığı keçirməməlidir. Menopauzada bəzi qadınlar hamilə qalma qorxusu olmadan cinsi əlaqəyə girdikləri üçün əvvəlki cinsi əlaqə ilə müqayisədə daha çox həzz alırlar. Bu vəziyyətlərlə yanaşı, avtomobil qəzaları və bu zaman yaranan qırıqlar və digər xəstəliklər bir çox fiziki narahatlığa gətirib çıxarır və bunlardan asılı olaraq cinsi funksiya pozğunluğu ortaya çıxır. Onurğası zədələndikdən sonra beldən aşağı iflic keçirmiş bir çoxlarının cinsi həyatı bitir. Qəzalarla yanaşı, bir çox cərrahi müdaxilə, narkotik maddələrin istifadəsi cinsi funksiya pozğunluqlarının əsas səbəblərindəndir. O cümlədən dərmanlara qarşı allergik reaksiyalar və prezervativ kimi vasitələrə qarşı yaranan allergik reaksiyaları da unutmaq olmaz. Vurğulamaq lazımdır ki, bu cür narahatlığı olan hər kəsdə həmişə cinsi problemlər ortaya çıxmır. Cinsi funksiya pozğunluqlarının yaranmasında ən mühüm səbəblərin önündə kifayətləndirici olmayan stimulyasiya və texniki cinsi məlumatsızlıq gəlir. Bir çox təcrübəsiz gənc məlumatsızlıqdan nə edəcəklərini bilmir. Kompüter əsri dediyimiz çağda yaşadığımızı nəzərə alaraq bu cür məlumatsızlığı uşaqlıq saymaq olar. Bəzən nələrdən çəkindiklərini, nələrdən qorxduqlarını özləri də bilmir və partnyorlarına da demirlər. Cinsi əlaqədə nə istədiklərini ifadə edə bilmirlər. Bu cür bacarıqsızlığın, acizliyin səbəbi yenə də düzgün tərbiyə olunmamaq durur. Gəncləri cinsi mövzularda cahil adlandırılacaq qədər məlumatsız qoymağın məqsədi nədir? Yaşlı insanların qoyduqları qadağalar, yaratdıqları tabu və günah qorxusunun kimə və nəyə faydası var? Cinsi funksiya problemlərilə müraciət edənlərdə ailə təzyiqinin mənfi nəticələrə gətirib çıxardığını görürük.

Ünsiyyət problemləri:

Cinsi funksiya pozğunluqlarının ortaya çıxma səbəbinin əksəriyyətində ünsiyyət problem vardır. Partnyorlar arasındakı uğurlu və davam etdirilə bilən əlaqələrdə hər iki tərəfin ictimai, mənəvi və cinsi ehtiyaclarının balanslı formada təmin ediməsi lazımdır. Cinsi funksiya pozğunluğu olan insanların özlərinin və tərəf müqabilinin həkimə müraciət etdikdə çox gərgin olduqları müşahidə edilir. Bu gərginlik problemləri ünsiyyət qura, müzakirə edə bilmədikləri üçün münasibəti zədələyir.

Xəstəliklər və cinsi funksiya pozğunluqları:

Bir çox fiziki xəstəlik cinsi funksiya pozğunluğuna səbəb ola bilər. Bu cür pozğunluqlar bəzən qəfil, bəzən isə yavaş-yavaş yarana bilər. Cinsi funksiya pozğunluğu olmasa da, xəstəliyin gətirdiyi fiziki və mənəvi problemlər cinsi problem yaradır. Cinsi funksiya pozğunluğu yaradan xəstəliklərin önündə nevroloji xəstəliklər gəlir. Məsələn, iflic olduqda və ya onurğa sütünunun zədələndiyi iş və avtomobil qəzalarında çox mühüm cinsi funksiya pozğunluğu müşahidə edilir. Qadınlarda ən böyük problem cinsi əlaqədə olsa da, hissiyyat yox olduğu üçün həzz duymamasıdır. Bu cür xəstəliklərin bəzisində qeyri-iradi bud nahiyəsinin qıc olması əlaqəni çətinləşdirir və ya əlaqə heç olmur. Başdan alınan zərbə nəticəsində bəzən libido azalır, bəzən isə artır. Beyindəki damar tıxanıqlığı və beynin qabıqaltı mərkəzlərində yaranan qanaxmalarda xəstəliyin ağırlıq dərəcəsinə görə cinsi funksiyada zəifləmə və ya heç olmama müşahidə edilə bilər. Bununla yanaşı, MS adlandırılan Multipl Skleroz xəstəsi olan qadınlarda cinsi istək azlığı və orqazm olmama problem ortaya çıxa bilər. Şəkər xəstələrində cinsi funksiya pozğunluqlarının müşahidə edilməsi əvvəldən də məlumdur, xroniki oynaq revmatizmi, zob xəstəliyi, böyrək çatışmazlığı, xroniki ürək çatışmazlığı başda olmaqla bir çox ürək xəstəliyi, prostatın böyüməsi və xərçəngi, xayaların xərçəngi, qadınlardakı cinsi orqan şişləri və xərçəngləri, şizofreniya, depressiya kimi bir çox xəstəlik cinsi funksiya pozğunluğuna səbəb olur.

Orqazm olmama və orqazm problemləri:

Hər qadın cinsi əlaqədə “orqazm oluram” və ya “olmuram” kimi gərginlik yaşayırlar. Statistikaya görə hər əlaqədə orqazm olan qadınların sayı azdır. Qadında orqazm olmaması və ya başqa ifadə ilə orqazm probleminin cinsi soyuqluqla əlaqəsi olmayan, fərqli bir hal olduğunu artıq bilirik. Cinsi soyuqluqda qadının cinsi instinkti yox kimidir. Orqazm baxımından isə cinsi istək olur və cinsi impulslardan həyəcan keçirirlər. Kifayət qədər impuls alsalar da, kuliminasiya nöqtəsinə çata bilmirlər. Orqazm cinsi həzzin kuliminasiyasına verilən addır. Orqazm defekasiya, sidik ifrazı kimi öyrənilə bilən refleksdir. Qadının orqazm olmaması anorqazm adlanır. Qadının orqazm olmamasındakı əsas səbəblər cinsi həyatı alçaldan mühitdə böyümək, digər tərəflə ünsiyyət pozğunluğu və cinsi texnika ilə bağlı məlumatsızlıqdır.

Vaginizm

Vaginizm döl yolunun giriş qismindən etibarən 1/3 hissəsini əhatə edən əzələlərin qeyri-iradi spazmıdır. Bu cür spazm döl yolunun giriş qisminin bağlanmasına səbəb olur və beləliklə, cinsi əlaqənin qarşısı alınır. Bu cür hal hər yaşda qadında müşahidə edilə bilər. Vaginizm cinsi əlaqəyə qarşı önləyici refleks olaraq müşahidə edilir. Bu cür problemlərlə müraciət edən qadınların bəzilərində uşaqlıqdan bu günə qədər davam edən müddət üçün soruşulan sualların nəticəsi olaraq kiçik yaşlarında masturbasiya edərkən ailələri tərəfindən şiddətə məruz qaldıqlarını bildirirlər. Təbiətin verdiyi cinsi impulslara görə uşaq təxminən 2 yaşından etibarən masturbasiya etməyə meyilli ola bilərlər. Bu vəziyyət uşağın əxlaqsız olması mənasına gəlmir. Bəzi qadınlarda cinsi əlaqə daha əvvəl mümkün olsa da, məsələn, bir neçə uşaq sahibi olan qadınlarda belə, daha sonra vaginizm müşahidə edilə bilər. Vaginizm belə qadınlarda ağrılı cinsi əlaqədən sonra olur. Bu səbəblə, ilk əvvəl mütləq xəstəyə ginekoloji müayinə aparılmalı və orqanik bir səbəbin olub olmaması yoxlanılmalıdır. Orqanlarla bağlı səbəbləri bu formada sadalaya bilərik:
Daxili və xarici cinsiyyət dodaqlarının iltihabı, bu nahiyədə əvvəl olmuş yara və yanıqdan qalmış çapıq toxumalar, bəzi hallarda qızlıq pərdəsinin yırtılmasına görə həssaslıq halları, batolin vəzi iltihabı və absesləri, vaginitlər, doğuş yırtıqları, doğuşdan qalmış tikiş yaraları, anusda çatlar və sonrakı mərhələrdə olan hemoroidlər. Mənəvi təsirlərin səbəb olduğu vaginizmdə qadınların cinsi həyata düşmən gözü ilə baxan, cinsi həyata qarşı qorxu və günahkarlıq hissinin aşılandığı mühitdə böyüdüklərini görürük. Bu cür qadınlar, adətən, cinsi orqanlarının əllənməsi ilə əlaqədar qəti qadağaların təsirində olurlar. Müxtəlif üsullarla müalicə olunan vaginizm müalicəyə çox yaxşı cavab verən funksional bir cinsi problem olaraq ortaya çıxır.

Cinsi istək azlığı:

Cinsiyyətin müəyyənləşməsi: Cinsiyyətlə bağlı mövzunun əvvəlində qadın ilə kişinin cinsiyyətinin müəyyənləşməsidir. Son illər genetika elminin inkişaf etməsi və hormon tədqiqatlarının yüksək nəticələri daha dəqiq cavab almağa icazə verir. Insanın cinsiyyətinin dəqiq olaraq müəyyənləşməsi üçün 8 səviyyədə təsbit edilməsi lazımdır.

Uzm. Dr. HAKAN TANRIVERDİ

© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 4200 | Əlavə edib: cirtdan-milli | Teqlər: Hakan, pozğunluğu, funksiya, Cinsi | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:09:32
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev