||
Analar ÜÇÜN » 2017 » Yanvar » 23 » Hamiləlikdən əvvəl məsləhətləşmə
22:27
Hamiləlikdən əvvəl məsləhətləşmə
Hamiləlik fizioloji hadisədir, lakin bəzən hamiləlik müddətində ana və körpənin həyatını təhlükəyə atan bir sıra hadisələr ola bilər. Normal davam edən hamiləliklərdə belə, qadının fiziologiyasında meydana gələn dəyişkənliklər ana və körpənin həyatını təhlükə altında qoya bilər. Hamiləlik dövründə vaxtaşırı müayinələr zamanı həkim və digər tibb işçiləri hamiləlik müddətində normal dəyişkənlikləri aydınlaşdırmalı, tibbi və patoloji vəziyyətləri erkən təsbit edib, bu təsirlərin ən aza edirilməsinə çalışmalıdırlar. Doğumdan əvvəlki dövr olaraq adlandırılan bu dövrdə anada yarana biləcək sağlamlıq problemləri müəyyənləşdirilməli və müalicə edilməlidir. Hamiləlik dövründə ananın sağlam və asan hamiləlik keçirməsi, sağlam doğum və sağlam körpənin olması təmin edilməlidir. Bununla yanaşı hamiləlik baxımı barədə ana olmağa hazırlaşanları məlumatlandırmaq bu dövrün ən mühüm məqsədlərindən biridir.

Hamiləlikdən əvvəl məsləhətləşmə yalnız tibbi xəstəliyi olanları deyil, hamiləliyi düşünən bütün qadınları əhatə etməlidir. Ana olacaq qadınların tibbi, sosial və genetik vəziyyətlərinin hamiləlikdən əvvəl araşdırılması və ən yaxşı vəziyyətə gətirilməsi ilə hamiləlik nəticəsinin inkişaf etdirilməsi hədəflənməlidir. Hamiləlikdən əvvəl məsləhətləşmə riskin müəyyən edilməsi, qidalanma, idman, həyat tərzi ilə bağlı məsləhətləri özündə birləşdirir. Ana olmağa hazırlaşanlar xroniki xəstəliklər baxımından sual-cavab edilməli, diabet, hipertaniya, epileps, ürək xəstəlikləri, varikoz və damar tıxanıqlığının mövcudluğu, böyrək və qaraciyər xəstəlikləri, zobun mövcudluğu araşdırılmalı, hamiləliyə təsir edə biləcək infeksiyalar tədqiq edilməli, digər lazımlı araşdırmalar, müalicələr edilməlidir.

Hamilələrin genetik xüsusiyyətləri sorğu edilməli, ailə xəstəlikləri nəzərə alınmalıdır. Qadının yaşı, kilosu, əgər varsa, əvvəlki hamiləlik və doğum tarixçələri diqqətlə öyrənilməli, qan qrupu təyin edilməlidir.

Eyni zamanda, ana olmağa hazırlaşanlardan və onların həyat yoldaşlarından iş mühitləri və saatları, potensial stress qaynaqları, tütün, spirt və icazə verilməyən dərmanların istifadəsi ilə təmasda olmaları öyrənilməlidir.

Hamiləlikdə məsləhət görülən kilo qəbulu az kilolu qadınlar üçün 12,5-18 kq, normal kilolu qadınlar üçün 11,5-16 kq, artıq kilolu qadınlar üçün 7-11,5 kq-dır.

Hamiləliyi planlaşdıran bütün qadınların hamiləlikdən əvvəlki 12 həftə ərzində və hamiləliyin ilk 3 ayında 400 ml fol turşusu qəbul etməsi bütün dünyada qəbul edilmiş faktdır. Epileps xəstəliyi olan qadınlarda bu doza 1200 mq olmalı və bütün hamiləlik boyu istifadə edilməlidir.

Sağlam cəmiyyət üçün sağlam hamiləlik lazımdır. Sağlam hamiləliyə də hamiləlikdən əvvəlki müayinə və qadının hamiləliyə hazırlanması ilə nail olmaq olar.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1459 | Əlavə edib: hakantv | Teqlər: Hamiləlikdən, əvvəl, məsləhətləşmə, Hakan | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:02:08
«  Yanvar 2017  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Copyright Cirtdan.TV ©
2013 - 2017
17:41 Pərşəmbə 2017.05.27
Online: 4
Qonaq: 4
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev