||
Analar ÜÇÜN » 2016 » Oktyabr » 10 » SİTOMEQALOVİRUS (CMV)
10:02
SİTOMEQALOVİRUS (CMV)
Sitomeqalovirus (CMV) torch qrupu infeksiyaları arasında yeni doğulmuş körpəyə təsiri ən böyük olandır. Anadan gəlmə eşitmə qabiliyyətinin olmamasının və nevroloji problemlərin ən əsas səbəbidir. Herpesvirus sinfindən olan CMV-ə ilk dəfə məruz qalan şəxsdə gizli olaraq qalır, immunitetin zəiflədiyi dövrdə aktivləşir. Yeni doğulmuş körpələrin 1-2%-nə keçir. Diqqətlə tədqiq edildikdə isə onların 10%-də qüsur yaratdığı təsbit edilə bilər. Anadan bətnindəki körpəyə həm ana ilk dəfə bu infeksiyaya yoluxduqda, həm də anada bu infeksiya yenidən təkrarlandıqda keçə bilər. Doğumdan reproduktiv dövrə qədər CMV ilə qarşılaşmaq mümkündür və təxminən 50% qadının qanında daha əvvəl yoluxulmuş infeksiyaya aid tapıntılar müəyyən edilə bilər. CMV qan, ağız suyu, sidik, cinsi əlaqə yolu ilə yoluxa bilər. Qadınların 3-5%-də uşaqlıq boynunda bu virus təsbit edilə bilər. Bu, normal doğum zamanı yoluxma riskini artırır.

Yetkinlik yaşına çatmış sağlam qadında adətən heç bir şikayətə səbəb olmur. Ancaq bəzən temperatur, halsızlıq, baş və əzələ ağrısı yarada bilər və əksər hallarda bu simptomlar 2-6 həftə ərzində səngiyir. Hamilə qadında diaqnoz adətən təsirə məruz qalmış körpənin doğumu ilə qoyula bilər. Çünki daha əvvəl yaranan anticisimlər diaqnozu çətinləşdirir, hətta ən qabaqcıl analiz üsulları belə diaqnozu asanlaşdırmır. Digər TORCH infeksiyaları kimi CMV infeksiyası da hamiləliyin hər dövründə ana bətnindəki körpəyə təsir edə bilər, ancaq erkən dövrdə, yəni hamiləliyin ilk 3 ayında anadan körpəyə keçərsə, körpə daha ciddi təsirə məruz qalır. Anadangəlmə CMV infeksiyası olan körpələrin 10-15%-də doğumdan etibarən fərq yaradan əlamətlər ola bilər. Ana olmağa hazırlaşan qadında ilk 3 ayda olan CMV körpədə inkişafdan qalmaya, baş nahiyəsində kalsifikasiyaya və digər fəsadlara səbəb ola bilər. Bu cür körpələrin 20-30%-i həyatını itirir. Yaşayanların 90%-də isə nevroloji, əqli gerilik, eşitmə və görmə pozğunluqları və digər qüsurlar yarana bilər.

Hazırki dövrdə hamiləlik zamanı inkişaf edən CMV infeksiyasının təsirli müalicəsi yoxdur. Onsuz da hamiləlik zamanı diaqnoz qoymaq çətindir. Şübhəli hamilələr diqqətlə yoxlanılmalı, hamiləliyin davam etdirilməsi və ya sonlandırılması ilə bağlı həkim və ailə bir yerdə qərar verməlidir. Anadakı CMV infeksiyasının körpəyə təsirini müəyyənləşdirmək üçün ana bətnində körpəni əhatələyən mayedən nümunə alınaraq, ZPR üsulu tətbiq edilə bilər. Nəticə 7 həftə sonra bilinsə də, ən etibarlı üsuldur. CMV miqdarı ilə körpəyə təsir dərəcəsi düz mütənasibdir. Doğumdan əvvəl USM ilə aşkarlanan beyin kalsifikasiyası da diaqnoz üçün çox vacibdir. Ancaq bu cür hallar gec aşkarlandığından faydası olmur.

Aparılan son tədqiqatlar CMV hiperimmunoqlobulinlə passiv immunitetin yaranması CMV infeksiyasının həm tezliyini, həm də şiddətini azaltdığını göstərir. Diaqnozu və müalicəsi çətin olduğu üçün CMV infeksiyasından qorunma çox vacibdir. Xüsusilə də nəsil artırma çağında olan qadınlara CMV infeksiyası və yoluxma yolları barədə məlumat verilməlidir.

Son söz: hazırki dövrdə CMV infeksiyasını müntəzəm yoxlama üsulu yoxdur. Ancaq ölü doğuşu olan hamilələr CMV infeksiyası baxımından tədqiq edilə bilər. 

Uzm.Dr.HAKAN TANRIVERDİ



Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1067 | Əlavə edib: hakantv | Teqlər: Hakan, SİTOMEQALOVİRUS | Reytinq: 4.8/10
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:03:09
«  Oktyabr 2016  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Copyright Cirtdan.TV ©
2013 - 2016
16:13 Bazar 2016.12.04
Online: 162
Qonaq: 162
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev