Analar ÜÇÜN » 2016 » Oktyabr » 8 » TOKSOPLAZMOZ
10:46
TOKSOPLAZMOZ

Toksoplazmoz–anadangəlmə toksoplazmoza rast gəlinmə tezliyi 1/1000 ilə 1/10000 arasında dəyişir. Hamiləlik həftəsi artdıqca ana bətnindəki körpəyə keçən toksoplazmanın (toksoplazmoz xətəliyinin törədicisi toksoplazma adlanır) yaratdığı qüsurun şiddəti azalır. Bununla yanaşı ilk 3 ayda yoluxma riski 15%, ikinci 3 ayda 25% və son 3 ayda 60%-dir. Xəstəliyə məruz qalanların 80% -nin heç bir şikayəti olmadığı üçün bu xəstəliyə qarşı immunitetli olduqlarını bilmirlər. Şikayəti olanların isə şikayətləri ümumi xarakterli olduğundan toksoplazmozu xatırlatmır. Toksoplazmoz xəstəliyi daşıyan pişiklərin nəcisindən və ya az bişmiş, yaxud çiy ətin yeyilməsi və bunlara toxunma yolu ilə əldən ağıza keçməklə ötürülür. Evdə saxlanılan və yalnız bişmiş qidalarla qidalanan pişiklərdən yoluxma riski yox dərəcəsindədir. Ancaq buna baxmayaraq, pişiklərin nəcisi və yatdıqları yer təmizlənərkən əlcəklərin istifadə olunması qorunma baxımından vacibdir.

Toksoplazmanın ana bətnindəki körpəyə keçməsi üçün ya hamiləlikdən əvvəl, ya da hamiləlik ərzində ilk dəfə keçməsi lazımdır. İlk 3 ayda ana bətnindəki körpəyə yoluxması, çox hallarda, uşaq salmaya, ancaq bu hal olmasa da, körpədə çox ciddi qüsurlara səbəb olur. Toksoplazmoz ilə doğulan körpələrin 85%-i dünyasını dəyişir, digərlərində isə ciddi nevroloji qüsurlar müşahidə edilir.

Toksoplazma diaqnozu daha çox USM-də körpədə anormal halların və ya doğulan körpədə qüsurların müşahidə edilməsi ilə, bəzən də hamilənin qrip olması ilə yanaşı, çiy ət ilə qidalanması və pişiklərlə təmasından sonra aparılan analizlərlə qoyula bilər. Diaqnoz üçün İFA testindən və ya daha düzgün nəticə verən, ancaq tətbiq dairəsi daha az olan SABİN-FELDMAN boyama üsulundan istifadə edilir. Hansı analiz üsulundan istifadə edilməsindən asılı olmayaraq, xəstəliyin o əsnada keçirilməsi analizlərdəki dəyərlərlə təsbit edilməlidir, çünki daha əvvəl keçirilmiş toksoplazmada da analizlər müsbət olaraq çıxa bilər və gərəksiz narahatlığa və dərman istifadəsilə nəticələnə bilər. Əgər hamilə qadında infeksiyanın mövcudluğu təsbit edilərsə, infeksiyanın körpəyə yoluxub-yoluxmamasının aydınlaşdırılması müalicə baxımından çox vacibdir. USM-də körpənin baş nahiyəsində suyun yığılması və kalsifikasiyanın müşahidə edilməsi dəqiq diaqnoz üçün kifayət etmir, ancaq ana bətninə iynə ilə daxil olub körpəni əhatələyən amniotik mayedən nümunə alınaraq və ya göbək ciyəsindən qan nümunəsi götürülüb analiz edilərək dəqiq diaqnoz qoyulur.

Əgər anada xəstəliyin mövcudluğu təsbit edilmişsə və körpəyə yoluxduğu aydınlaşmışsa, ailəyə iki müxtəlif məsləhət verilə bilər. Xüsusilə də hamiləliyin ilk 3 ayında toksoplazmoz infeksiyası körpəyə ciddi dərcədə mənfi təsir göstərdiyindən hamiləliyin sonlandırılması və ya körpədə yarana biləcək mənfi təsirlərin azaldılması üçün anaya dərman müalicəsinin başlanması məsləhət görülür. Həyata keçirilən işlərdə dərman müalicəsinin körpədə yarana biləcək problemləri yüngülləşdirdiyi müşahidə edilmişdir, ancaq bu körpənin problemsiz doğulacağına zəmanət vermir.

Toksoplazmoz müalicəsində Avropada spiramitsin, ABŞ-da isə sulfadiazin və pirimetamin birlikdə 28 gün istifadə edilir. Ancaq bəzən təkrar müalicəyə ehtiyac duyulur. Bu cür müalicələrin heç biri isə doğulacaq körpələrin bundan təsirlənməyəcəyinə təminat vermir.

Aydın görünür ki, toksoplazmozdan təsirlənməmiş körpənin doğulması üçün hamiləlik zamanı toksoplazma mikrobuna yoluxmamaq, əgər yoluxmuşsa da hamiləlikdə erkən diaqnoz və müalicənin tətbiq edilməsi vacibdir. Ən əsas qorunma yolu isə çiy və ya az bişmiş ət istifadə etməmək, tərəvəz və meyvələri yaxşı yumaq, torpaq və ev heyvanları ilə təmasda olarkən əlcəkdən istifadə etməkdir, hətta yemək bişirərkən belə, əl-ağız yolu ilə yoluxmanın qarşısını almaq üçün çiy ətə əlcəksiz toxunulmamalıdır. Hamiləlikdə toksoplazmanın erkən diaqnozu qorunmaqdan daha çox çətindir. Xəstəliyə məruz qalanların yalnız 10%-də simptomlar biruzə verir və bu simptomlarla ana bətnindəki körpənin təsirlənib təsirlənməməsini ayırd etmək mümkün deyil.

Nəticə olaraq, daha əvvəl toksoplazmoz keçirməmiş və buna qarşı müqaviməti güclü olmayan hamilələrdən müntəzəm aralıqlarla analiz götürüb erkən dövrdə toksoplazmanı təsbit etmək mümkündür. Bu cür yanaşma üsulu Fransa və Avstraliyada həyata keçirilir. 

 

Uzm. Dr. Hakan Tanrıverdi



Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 2620 | Əlavə edib: hakantv | Teqlər: TOKSOPLAZMOZ, Hakan | Reytinq: 4.8/6
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:02:11
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev