||
Analar ÜÇÜN » 2017 » Fevral » 13 » Zahılıq
16:39
Zahılıq
Plasenta (cift) və körpənin doğumundan sonra başlayan, ana vücudunda hamiləlik ərzində meydana gələn fizioloji dəyişkənliklərin aradan qalxması və genital orqanların hamiləlikdən əvvəlki formasına qayıtmasına qədər olan dövrə zahılıq dövrü deyilir. Təxminən 5 həftə davam edir. Lakin anadakı orqan və sistemlərin hamiləlikdən əvvəlki halına qayıtması bəzən aylarla da davam edə bilər. Bətin zaman keçdikcə kiçilir. Süd vermə bətnin kiçilməsində əsas faktordur. Doğumdan sonrakı qanaxmanın miqdarı olduqca əhəmiyyətlidir. Xüsusilə ilk 2 saat ananın qanaxması nəzarət altında saxlanılmalıdır.

Doğumdan sonrakı dövrdə aybaşı süd verməyən qadınlarda 6-8 həftə ərzində başlayır, süd verən qadınlarda isə daha geç başlayır. Lakin süd vermə hər zaman aybaşı mexanizminə təzyiq göstərə bilmir, süd verdiyi halda hamilə qalan qadın sayı çoxdur. Bunun üçün zahıya ailə planlaşdırılması barədə məsləhət verilməlidir. Doğumdan sonrakı ilk 2 gün zahıya maye ilə zəngin pəhriz verilir. Pəhriz zülal, meyve, tərəvəz tərkibli olmalıdır. Bununla yanaşı, həddindən artıq qida qəbul edilməməlidir. Zahılıqda gündəlik qidalanma ehtiyacı 2600-2800 kkal-dir. İlk günlərdə ağır, köp verən yeməklər verilməməlidir. Bununla yanaşı siqaret, spirt kimi südlə körpəyə keçə biləcək məhsulların istifadəsinin zərərləri barədə məlumat verilməlidir. Doğumdan sonrakı 2-ci gün zahı duş qəbul edə bilər.

6-cı həftədə aparılan ginekoloji müayinədə hər hansı bir patologiya olmazsa, cinsi əlaqəyə icazə verilə bilər. Zahıya sonrakı dövrdə qarın əzələlərinin tonusunu təmin etmək məqsədilə gimnastik hərəkətlər etməsi məsləhət görülür. Normal doğumda məşqə 6-cı həftədə başlamaq mümkündürsə, qeysəriyyə əməliyyatı keçirən xəstələrdə qarın məşqi üçün ən az 6 ay gözləmək lazımdır. Zahılıq qadının həyatında əhəmiyyətli rol oynayır. Qadın bu dövrdə , xüsusilə ilk doğumudursa, qorxu və təlaş içində olur, həyatına bütün məsuliyyəti və baxımını həyat yoldaşı ilə birlikdə öhdəsinə götürəcəyi bir canlı daxil olur. Bunun üçün anaya tibbi baxımla yanaşı həm körpə, həm də öz sağlamlığı ilə əlaqəli məlumat verilməli, psixoloji cəhətdən tam dəstək göstərilməlidir.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1085 | Əlavə edib: hakantv | Teqlər: Hakan, Zahılıq | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:52
«  Fevral 2017  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728

Copyright Cirtdan.TV ©
2013 - 2017
14:02 Bazar 2017.02.26
Online: 3
Qonaq: 3
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev