Analar ÜÇÜN » 2016 » Oktyabr » 31 » HEPATİT
18:35
HEPATİT
Hepatitlər: hepatit A RNT virusudur, nəcis və ağız yolu ilə keçir. Ciddi bir xəstəlikdir, ancaq ana bətnindəki və yeni doğulmuş körpədə hər hansı bir xəstəliyə səbəb olmur. Hepatit A virusuna təmasla və ya xəstəliyin geniş yayılmış ərazisinə səyahət etməklə yoluxma olmuşdursa, hamiləliyin olub olmamasından asılı olmayaraq, 0,02-0,05ml/kq immun serum qlobulini tədbiq edilməlidir.

Hepatit B (HBV) isə DNT virusudur. Hepatit, sirroz və hepatomanın ən mühüm səbəblərindəndir. Ancaq adətən, hər hansı bir şikayətə səbəb olmur. Qan, ağız suyu, vaginal ifrazat və ana südü ilə keçə bilər. Aktiv infeksiyanın bir müalicəsi yoxdur, ancaq qorunma üçün aktiv və ya passiv immunizasiya olduqca təsirlidir. HBV xəstələrinin yoluxuculuğunu göstərən ən mühüm əlamət HbsAg-dir. Yoluxma ən çox cinsi yolla və qanla olur. Genekoloqlar üçün bəlkə də, ən çətini HBV xəstəsi və ya daşıyıcısı olan analardan doğulan körpələrdir. Əgər bu cür vəziyyətlərə qarşı uzun müddət tədbirlər görülməzsə, qaraciyər xərçəngi baxımından risk daşıyırlar. Bunun üçün hamiləliyin başlanğıcında aparılan HBV yoxlamaları doğuma yaxın təkrarlanmalıdır. Bu cür yoxlanma 3 mərhələlidir: ilkin mərhələdə HbsAg yoxlanmalıdır, əgər müsbət çıxarsa, 2-ci mərhələdə qan nümunəsi yenidən analiz edilir.

HBV-li anadan doğulan körpələrə ilk 12 saat ərzində 0,5 ml Hepatit B immun globulin serumunun vurulması və daha sonra Hepatit B peyvəndinin tətbiqi yoluxmanın 85% qarşısını alır. Bunlar edilmədən ana qətiyyən körpəyə süd verməməlidir. Yoluxmada təbii və ya qeysəriyyə əməliyyatının heç bir fərqi yoxdur. Hepatit B peyvəndi hamilələrə mənfi təsir göstərmədiyindən risk daşıyan hamilələrə də vurula bilər.

Son söz: Hamiləliyin əvvəlində aparılan HBV yoxlanması doğuma yaxın təkrarlanmalıdır.
Hepatit C isə qaraciyər sirrozu, xərçəngi və ya çatışmazlığının ən çox rast gəlinən səbəblərindən olub, mühüm sağlamlıq problemidir. Hepatit C virusuna qan yolu ilə, iynələrlə, tatu ilə və ya anadan körpəyə keçmə ilə yoluxmaq olur. Anadan körpəyə keçdikdə ananın qanındakı virusun miqdarı əhəmiyyətlidir, ancaq yoluxmanın baş tutması üçün miqdarın nə qədər olması dəqiq bilinmir. Təbii və ya qeysəriyyə əməliyyatı yoluxma baxımından hər hansı bir fərq kəsb etmir. Diaqnoz üçün ELİSA üsulu ilə anti-HCV yoxlanılır, cavab müsbət çıxarsa, analiz təkrarlanır. Əgər ikinci nəticə də müsbət çıxarsa, PZR üsulu ilə analiz aparılaraq diaqnoz dəqiqləşir. Dəqiq diaqnozu qoyulan xəstələr hepatoloqa istiqamətləndirilir.

Son söz: Bütün hamilələrə HCV yoxlanmasının aparılması təsirli olmadığından məsləhət görülmür. Ancaq bütün hamilələrə hamiləliyin əvvəlində, immunitetli və daşıyıcı olmayanlara hamiləliyin sonunda HBV analizi edilməlidir.

Uzm. Dr. HAKAN TANRIVERDİ


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 3068 | Əlavə edib: hakantv | Teqlər: HEPATİT, Hakan | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:05:19
Copyright Cirtdan.TV ©
2013 - 2024

Hosted by uCoz
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Webmaster & Designer: Ilkin Hakhverdiyev