||
Analar ÜÇÜN » 2017 » Yanvar » 30 » Hamiləliyin diş əti sağlamlığına təsiri və ağız baxımı
19:27
Hamiləliyin diş əti sağlamlığına təsiri və ağız baxımı
Hamiləlikdə artan hormonların diş əti və damarlanmasına təsiri uzun müddətdən bəri hamıya məlumdur. Lakin hal-hazırda bu da bilinir ki, bu hormonlar ağız florasına və immunitet sisteminə mənfi təsir edib, ciddi və tez-tez rast gəlinən diş əti iltihabına səbəb olur.
4 növ ağız xəstəliyi hamilələrə hamilə olmayanlarla müqayisədə daha çox təsir edir.

1-Qinqivit (diş əti iltihabı): diş əti iltihabı diş əti lövhələrinin hamiləlik hormonlarına kobud cavabı formasında ortaya çıxır və olduqca tez-tez rast gəlinir. Lövhələr mikroblar və artıqlardan əmələ gələn yapışqan təbəqələrdir. Mövcud olan diş əti iltihabına hamiləliyin mənfi təsirləri hamiləliyin ikinci ayından etibarən başlayır, səkinci ayında isə ən pik nöqtəyə çatır. Hamiləliyin 8-ci ayından etibarən diş əti iltihabı geriləyir və doğumdan dərhal sonra diş ətlərinin görünüşü hamiləliyin ikinci ayındakı kimi olur. Qinqivitin ən böyük səbəbi diş əti lövhələridir və ən çox ön dişlərdə olur, lakin azı dişləri ən çox təsirə məruz qalır.
Hamiləlik zamanı artan hamiləlik hormonu, progesteron, diş ətinin damarlarının genişlənməsinə səbəb olur və keçiriciliyini artırır. Bu da bakteriyaların yerləşməsini və qidalanmasını asanlaşdıran mayenin (eksudat) damardan çıxmasını artırır. Bununla yanaşı, progesteron hüceyrə immmunitetinin cavabını azaldır.
Diş ətindəki qoruyucu keratinizasiyanın azalması və qlikogenin artması qoruyucu təsirin azalması ilə nəticələnir. Bununla yanaşı, hamiləlik zamanı artan estrogen hormonu keratinin strukturunu pozaraq qoruyucu təsirin azalmasına səbəb olur.
Hamiləlikdə artan hormonlar eyni zamanda, qinqvitin əmələ gəlməsinin artıran iltihabın yaranmasında rol oynayan prostaqlandinlərin diş ətində artmasına səbəb olur.
Qinqivit olan diş əti qabarıq, şişkin və qırmızı olur. İrəliləmiş qinqivitdə ağrı ilə yanaşı ən çox rastgəlinən diş əti qanaxmasıdır. Lakin bu bütün hamilələrdə belə olmur, hamiləlikdən əvvəl diş lövhəsinə görə qinqivit olmayanlar, ağız gigiyenasına diqqət yetirənlər bu cür hadisələrlə üzləşmirlər. Qoruyucu tədbirlər bu baxımdan mühümdür. Diş həkiminə daha çox gedilməsi və diş lövhələrinin müayinəsi həm hamilələrdə, həm də hamiləliyi planlayarda daha çox ön planda olur.

2-Hamiləlik qranuloması: Diş ətinin dişlə birləşən sərhədində şiş tipli kütlələr əmələ gələ bilər. Bu cür şişlər hamiləlik şişi, qranuloması adlanır. Lakin tam olaraq şiş olaraq da qəbul edilməməlidir, çünki bəd xassəli deyil. Hamilələrdə ən çox çənə nahiyəsində olur və təxminən 10% rast gəlinir. Bu cür şişlərin əmələ gəlməsinin hamiləliyin neçənci ayı olması ilə əlaqəsi yoxdur. 3-cü aydan sonra böyüyərkən fərqinə varılır. Qırmızı rəngli, toxunmaqla asanlıqla qanayan və adətən 2 sm-dən böyük olmayan sürətlə böyüyən xarakterli olurlar.
Strukturunda damarlar, fibroz toxumalar və iltihabi hüceyrələr vardır. Lakin ən xarakterik xüsusiyyəti diqqətə çarpan damarlanmanın olmasıdır. Əgər kliniki tapıntılar yoxdursa, progenik qranulomdan fərqləndirmək çox çətindir. Müalicəsi ağız istifadəsini məhdudlaşdırmırsa, yəni qidalanmaya çətinlik törədən ağrı və narahatlıq vermirsə və ya digər diş toxumasına mənfi təsir göstərmirsə, müalicəsini doğumdan sonraya saxlamaq daha düzgündür. Doğumdan sonra bir qədər düzəlsə də cərrahi müdaxiləyə ehtiyac ola bilər. Hamiləlik zamanı cərrahi müdaxilə lazım olarsa, yerli anesteziya ilə həll edilə bilər. Lakin tam götürülməzsə, yenidən təkrarlana bilər.

3-Periodontit: qinqivit sağala bilən iltihablanmadır, periodontit isə dişi yerində saxlayan toxumaların yəni, periodontal bağ və dişi əhatələyən sümüyün məhvinə səbəb olur. Qinqivitlə periodontit tez-tez hallarda bərabər müşahidə edilsə də ikisini də əmələ gətirən bakteriyalar qərqli olduğundan, periodontitə fərqli immunitet mexanizmasının pozğunluğu səbəb olduğundan qinqivit periodontitə səbəb olmur. Hamilə olmayan qadınlarla hamilələr arasında qinqivitdə olduğu kimi hər hansı bir fərqlilik olmadığından periodontitdən qorunma və müalicədə hamilələr üçün fərqli yanaşma yoxdur.

4-Diş çürükləri: Bir çoxları hamiləliyin bilavasitə çürüklərə səbəb olduğunu düşünür, lakin bunu sübuta yetirən hər hansı elmi təsdiq yoxdur. Diş minası hamilələyin heç bir dəyişikliyindən və ya kalsium maddələr mübadiləsindəki dərişkənlikdən təsirlənmir.
Hamiləlikdə flor istifadəsi: Doğulacaq olan körpənin sağlam dişlərə sahib olması üçün hamilələrə flor qüvvətləndiricisi tətbiq edilir. Körpənin ilk dişlərində faydasını görmək mümkündür. Son zamnlarda aparılan tətqiqatlarda ağız sağlamlığı yaxşı olmayan anaların uşaqlarının da gələcəkdə ağız sağlamlığı ilə bağlı problemi olduğu müşahidə edilmişdir.
Hamiləlikdə flordan istifadə:
Hamiləlik planlaşdırıldıqda diş həkimi müayinəsindən keçmək düzgün yanaşma olar. Bu cür müayinədə 2 məqsəd var.
1-Hamiləlik müalicə formasını dəyişdirdiyindən və ya müalicəyə mane olduğundan hamiləlik zamanı hər hansı bir diş problemi ilə qarşılaşmamaq üçün
2-erkən doğum və ya uşaq salma ilə əlaqələndirilən periodontal bir problemlə qarşılaşma ehtimalını azaltmaq və ya bu cür problemlə üzləşilsə, daha böyük fəsadların qarşısını almaq üçün

Hamiləlikdə diş müalicəsi:
Hamiləliyin ilk 3 ayı körpənin orqanlarının əmələ gəldiyi və hamiləliyin ətraf qıcıqlara həssas olduğu dövrdür. Bununla yanaşı hamiləliyin 6-cı ayından sonra hamiləyə edilən müdaxilələr doğum ağrısına təkan verə bilər və uzun müddət bir yerdə oturmaq təzyiqin düşməsinə səbəb ola bilər. Bunun üçün hamiləlik zamanı dişə müdaxilə etmək şərtdirsə, 3-6-cı aylar arasında edilməlidir. Diş çürüklərində zamanı dolğuda istifadə edilən maddədəki civənin körpə və anaya mənfi təsiri ilə qarşılaşılmamışdır, ancaq əməliyyat ərzində civənin daha çox nəfəs borusuna getməsinin qarşısını almaq üçün əməliyatı tez bitirmək lazımdır. Diş həkiminin zəruri bildiyi müalicələlər hamiləliyin hər dövründə edilə bilər, yaddan çıxarmaq olmaz ki, lazım olan anda edilməyən müdaxilələr həm ana, həm də körpə baxımından ciddi nəticələr doğura bilər. Dişə müdaxilə edilərkən hamilə qadın, əgər varsa, yüksək təzyiqini, şəkər xəstəliyini, qanı duruldan aspirin və heparin isifadəsinin onda doğurduğu nəticələri mütləq həkimə bildirməlidir.
Mübahisə edilən bir başqa məsələ diş rentgeninin çəkilməsidir. Hamiləlikdə diş və diş əti problemlərinin müvəqqəti olaraq həll edilməsi rentgensiz də ola bilər, əsas müalicə doğumdan sonraya saxlanmalıdır. Diş müalicəsinin mərhələlərini izləmək üçün rentgenin çəkilməsi düzgün deyil. Əgər söhbət ananın ümumi sağlamlığına təsir edən vacib məsələdən gedirsə, yanaşma fərqli ola bilər. Diaqnoz üçün rentgenin edilməsi mütləqdirsə, nə qədər diş həkimində çəkilən rentgen zamanı verilən şüa az olsa da və qarın bölgəsinə yaxın olmasa da inkişaf edən körpənin şüa almasının qarşısını almaq üçün mütləq qurğuşun önlükdən istifadə edilməlidir.
Bir digər məsələ də hamiləlikdə dərman istifadəsidir. Hamiləyə ediləcək diş müdaxiləsində damarı büzüşdürən yerli anesteziyaya üstünlük verilməlidir. Yerli keyidici edilmirsə, 30%lik azot oksidlə anesteziya edilə bilər, lakin hamilənin daha az anesteziyaya ehtiyacı olduğunu bilmək lazımdır.

Son söz: qinqivitlə bağlı diş qanaxması hamiləlik zamanı ciddi problemdir. Hətta ana olmağa hazırlaşanların çoxu bu problemin qanın azalmasına səbəb olacağını düşünüb səhv olaraq diş fırçalamağı belə, dayandırırlar. Diş əti iltihabı dişlərə müntəzəm qulluq etməklə qarşısı alına bilər. Hər gün ən azı iki dəfə, mümkünsə hər yeməkdən sonra dişlər fırçalanmalıdır. Hər gün diş ipi ilə dişlər təmizlənməlidir. Səhər diş fırçalamaq narahatlıq verirsə, ağız su və ya diş lövhələrinin qarşını alan məhlulla qarqara edilməlidir. Balanslı qidalanma ilə bərabər C və B12 vitaminlərinin qəbulu ağız sağlamlığı baxımından əhəmiyyətlidir. Diş həkiminə daha tez-tez, hamiləlikdə 3 aydan 1 gedilərək diş lövhələrinin müayinə edilməsi qinqivitin əmələ gəlməsinin qarşısını alır. Diş lövhələrinin müntəzəm olaraq yoxlanması eyni zamanda, diş ətinin qıcıqlanması və hamiləlik şişlərinin yaranması riskini azaldır.

Uzm. Dr. HAKAN TANRIVERDİ
© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1092 | Əlavə edib: hakantv | Teqlər: , Hakan, təsiri, ağız, sağlamlığına, diş, əti, Hamiləliyin, baxımı | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:02:11
«  Yanvar 2017  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Copyright Cirtdan.TV ©
2013 - 2017
07:59 Çərşəmbə 2017.04.26
Online: 1
Qonaq: 1
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev