||
Analar ÜÇÜN » 2017 » Aprel » 17 » Yaş və reproduktiv potensial
18:26
Yaş və reproduktiv potensial
Qadının yaşı hamilə qalma potensialına təsir edən faktorlar içərisində, bəlkə də, ən əhəmiyyətlisidir. Bütün qadınlar həyatları boyu hər aybaşı dövründə yumurtalıqdan kənarlaşdırılan yumurtaları ilə (təxminən 400 min yumurta ilə) doğulur. Yaş artdıqca yumurtaların sayı, yəni yumurtalıq rezervi azalır. Yumurtaların sayının azalması ilə yanaşı keyfiyyətli yumurtaların sayı da azalır. Bəs `keyfiyyətli yumurta` nədir? Normal xromosomlara və sperma ilə birləşdikdən sonra sağlam bölünmə qabiliyyətinə sahib olan yumurta keyfiyyətli yumurta hesab edilir. Keyfiyyətli yumurtalar daha əvvəlcədən seçilib ovulyasiya prosesində iştirak etdiyi üçün qadının yaşı artdıqca xromosom pozğunluğu olan yumurta hüceyrələri, yəni keyfiyyətsiz yumurta hüceyrələrinin sayı artır. Aybaşı müntəzəm olsa da, hamilə qalma şansı azalır, döllənmə baş tutsa da, uşaq salma və ya daun sindromu kimi problemli hamiləlik şansı artır.

Hər aybaşı dövründə hamilə qalma şansı
15 yaşda 40-50%
25 yaşda 30-35%
35 yaşda 15-20%
45 yaşda 3-5% -dir.

Bəs bu dəqiq qanundurmu? Təcrübülərdə bəzən 20 yaşındakı bir qadının yumurtalıq rezervi kifayət qədər olmadığı üçün sonsuz ola bildiyi halda, 40 yaşındakı bir qadında bunun əksi olan yumurtalıq rezervini müşahidə etmək olar. Bunlar təbbi ki, çox nadir rast gəldiyimiz nümunələrdir , lakin bunu da bilirik ki, eyni yaşda 2 qadının hər hansı bir ayda hamilə qalma ehtimalı, yumurtalıq rezervləri, yumurta hüceyrələrinin keyfiyyəti fərqli olur.

Subay və ya evlisiz, lakin hələ uşaq sahibi olmaq istəmirsizsə, bununla yanaşı istədiyiniz zaman arzuolunmaz sürprizlə qarşılaşmaq istəmirsinizsə, hansı hallarda hamilə qalma potensialı ilə bağlı şübhə duymalı və həkimə müraciət etməlisiniz? Bəzi əlamətlər hamilə qalma potensialındakı dəyişkənliyin xəbərçisi ola bilər. Aybaşı tsiklinin müddətinin, aybaşı qanaxmalarının miqdarının azalması-artması ilə üzləşdikdə və ya ailədə erkən menopauza varsa, həkimə müraciət etmək üçün gecikməməli, bəlkə də hamilə qalmaq üçün tələsməlisiniz. Lakin ən ideal yanaşma hər hansı bir əlaməti gözləmədən hər il müntəzəm olaraq həkim müayinəsindən keçmək və yumurtalıq rezervinin yoxlanmasıdır. Mükəmməl hesab edilməsə də aybaşı tsiklinin 2-3-cü günündə FSH (Follikul stimullaşdırıcı hormon) analiz edilməli, USM ilə yumurtalıqdakı yumurtaların sayı yoxlanmalı , aybaşı tsiklindən asılı olmayaraq AMH hormone izlənməlidir.

Bəs kişilərdə vəziyyət necə olur? Kişidəki sperma keyfiyyəti və miqdarı yaşla bərabər dəyişsə də, sperma daim yeniləndiyindən reproduktiv potensiala təsiri və qüsurlu körpənin olma riski qadınlarla müqayisədə daha azdır.

Yaşla bərabər kişilik hormonu testosteron azalır və qadınlarda olduğu kimi FSH-LH hormonu yüksəlir. Bununla yanaşı xromosom anormallığı olan sperma sayı da artır. Lakin kişidəki əsas problem yaşla bağlı olmayıb yaşın artması ilə diabet və hipertaniya kimi xəstəliklərin müalicəsində istifadə edilən dərmanların reproduktiv potesiala əks təsiridir.

Uzm. Dr. HAKAN TANRIVERDİ

© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 906 | Əlavə edib: cirtdan | Teqlər: Hakan, potensial, , Yaş, reproduktiv | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
«  Aprel 2017  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30

Copyright Cirtdan.TV ©
2013 - 2017
15:50 Pərşəmbə 2017.11.18
Online: 4
Qonaq: 4
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev