||
Analar ÜÇÜN » 2017 » Mart » 27 » Polikistoz yumurtalıq sindromu
09:22
Polikistoz yumurtalıq sindromu
İlk dəfə 1935-ci ildə Steyn və Leventhal tərəfindən aşkarlanan yumurtalığın polikistozu sindromu diaqnozu üçün aşağıdakı 3 əlamətdən hamısının və ya ən az ikisinin olması şərtdir:
-kliniki və ya biokimyəvi hiperandrogenizm, yəni kişi tipli tüklənmə və ya qanda kişi hormonunun artması
-xroniki anovulyasiya, yəni uzun müddət davam edən ovulyasiya qüsuru
-polikistoz görünüşlü yumurtalıqlar.
Kliniki olaraq yaratdığı problemlər dəqiqdir, ancaq bu problemləri yaradan patofizioloji mexanizm tam dəqiq deyil.
Klinik mənzərə
Hirsutizm – ən çox bəlli olan və rast gəlinən xüsusiyyətidir. Tüklərin inkişaf sürəti əhəmiyyətlidir. Yavaş inkişafı funksional, ancaq sürətli inkişafı tumoral vəziyyətin əlaməti ola bilər. PKYS-da tüklənmənin inkişafı adətən, üz, üst dodaq və çənədə olur, ancaq qasıq nahiyəsindəki tüklənmədən asılı olaraq qasıqdan göbəyə doğru tüklənmədə artma ola bilər. Daha ciddi hallarda döş qəfəsində də tüklənmə olur. Hipotiroid və obezlik də varsa, kişi hormonunun qanda bağlandığı SHBG-i azaldaraq sərbəst hərəkət edən, beleliklə də aktiv olan kişi hormonunun artması ilə bağlı olaraq tüklənməni artırırlar.

Aybaşının qeyri-müntəzəm və seyrək aralıqlarla olmasına səbəb olur. Aybaşı qanaxmasının nizamını ehtimal etmək çətindir, çünki yetkinlik yaşındakı ilk aybaşından sonra olduğu kimi nizamsız olur.Ovulyasiyanın baş tutmaması estrogen ifrazatının azalmasına səbəb olur, bunun nəticəsi olaraq da endometrium qalınlaşır. Bu isə öz növbəsində qeyri-sabit qanaxmaya gətirib çıxarır. Ancaq xəstənin tarixçəsində sabit aybaşı dövrləri olsa da, bu PKYS diaqnozunu istisna olunmur.

Piylənmə – PKYS olanların ən az 50%-nin kök olması düşünülür. Kök, ancaq PKYS olmayanlarla müqayisədə PKYS olanlarda bel/bud hissədə piy qatı daha çox olur.
İnsulinə qarşı rezistentlik – PKYS da insulinə qarşırezistentlik tezliyinin 20-40% olduğu bildirilir. Kök insanlarda insulinə qarşırezistentlik olur, ancaq PKYS olanlarda köklüklə əlaqəsi olmayan insulin fəaliyyətindəqüsurun olması açıq şəkildə təsdiq edilib. Adətən, insulinə qarşı rezistentlik yüngül olur, ancaq bundan asılı olaraq qlükoza dözülməzliyi 31% və bunun nəticəsi olaraq da diabetin yaranması 7,5% ətrafındadır. Ailəsində diabet tarixçəsi olanlarda diabetin inkişaf etmə riski PKYS olanlarda daha çox olduğu məlumdur. Bununla yanaşı, insulin müqaviməti diabet riskini artırmaqla yanaşı PKYS-nin kliniki əlamətlərini ağırlaşdırdığı da məlumdur.
Sızanaq – androgen ifrazının artması ilə PKYS olanlarda dərinın yağlanması artır, ancaq sızanaq ilə PKYS arasında hər hansı bir əlaqə yoxdur. Ona görə də sızanaq PKYS-nin əlaməti olaraq qəbul edilə bilməz.

Akantosis niqrikans-hiperendrogenizm olanların 5-50%-də olur vəhiperinsulinemiyanın ciddiliyi ilə də bağlıdır. Boyunda, dərinin qırışıq və ya təzyiqə məruz qalan dirsək kimi hissələrində olan simmetrik, rəngi tünd və məxmərilövhələrdir. Yetkinlərdə insulinə qarşı rezistentlik və diabetin potensial əlamətidir, ancaq uşaqlarda bu vəziyyət dəqiq deyil. PKYS-də hiperinsulinemiya azaldıqca bu lövhələr düzəlir.
Sonsuzluq –Həkimə müraciət etmənin ən başlıca səbəblərindəndir. Hamiləliyin baş tutmasının ən böyük səbəbi PKYS-də olan ovulyasiya qüsurudur. Eyni zamanda, səbəbi aydınlaşmasa da PKYSolanlarda ani, qəfil hamiləlik itkisi də çox müşahidə olunur.

POLİKİSTOZ YUMURTALIQ
PKYS olanların yumurtalıqlarının hər ikisi də böyük və xarici qabığı qalın olur. Bu qalın qabığın altında polikistoz yumurtalıq adlanmasına səbəb olan çoxlu sayda kiçik yumurtalar (follikullar) olur. Bu cür follikullar daha çox yumurtalığın xarici çəpərinə yaxın yerləşir və USM-də boyunbağı şəklində görünür. Ancaq bu görüntü ilə yanaşı hər iki yumurtalıqda ən az 12 follikulun olması nəticəni almaq üçün kifayət edir. PKYS olanlarda follikullar normal yumurtalıqdakı ilə müqayisədə daha böyük olur və xüsusilə uşaq sahibi olmaq üçün müalicə alarkən istifadə edilən yumurtalıqları stimullaşdıran dərmanlara həddindən çox cavab reaksiyası verməyə meyillidirlər. Bununla yanaşı, bu cür follikulların ətrafını örtən və kişi hormonunun ifrazına səbəb olan “theca” hüceyrələrindən əmələ gələn təbəqə normal yumurtalıqla müqayisədə qalın olur. Bu təbəqə PKYS olanlarda onsuz da artan LH hormonu ifrazına normaldan daha çox kişi hormonu ifraz edərək cavab verir.

Biokimyəvi xüsusiyyətlər; androgenlər; PKYS olan qadınlarda qandövranındakı, xüsusilə yumurtalıqdan ifraz olunan androstendion və testosteron, kişi hormonunun miqdarı artmış olur. Ancaq PKYS olanların 50%-də əhəmiyyəti məlum olmasa da adrenal vəzidən qaynaqlanan kişi hormonu, DHEA-SO4, ifrazatı da artır.

Estrogenlər; PKYS olanlarda estrogen ifrazatı sağlam ovulyasiyası olanlardakı kimi tsiklik olmur, ancaq xroniki olaraq eyni səviyyədə davam edir. Bununla yanaşı, PKYS olanlarda kişi hormonu piy toxumasında çevrilməsi ilə yaranan estrogen törəməsi olan E1 artır və normal halda E2 E1 Ee-dən daha yüksək olmalı ikən faizlər əksinə olur. Bu xroniki estrogen ifrazatının ən vacib nəticəsi də endometriumda endometrial hiperplaziya və ya endometrium xərçənginə səbəb ola bilməsidir.

Progestinlər; ümumiyyətlə PKYS olanlarda progesteron səviyyəsi ovulyasiya olmadığına görə aşağı olur. PKYS olan qadınlarda progestin növü olan 17-hidroksi progesteron səviyyəsi yüksək olur. Bunun səbəbi isə “theca” hüceyrələrindən əmələ gəlməsi və kişi hormonunun ilkin mərhələri olmasıdır.

Testosteron-Estradiol Birləşdirci Qlobulin; kişi hormonu olan testosteronun aktiv forması qanda sərbəst dövr edən formasıdır. TEBQ-ə bağlananlarsa aktiv olmayanlardır, ancaq PKYS olanlarda TEBQ olduqca aşağı olur. Buna görə də yağlı dəri, sızanaq və tüklənməyə səbəb olan sərbəst testosteron səviyyəsi artır. Yəni qanda ümumi testosteron səviyyəsi normal olsa belə sərbəst, yəni aktiv forması artdığından tüklənmə (hirsutizm) müşahidə edilə bilər.

Qonadotropin izrafı; Bir çox PKYS olan qadınlarda LH səviyyəsi yüksək olur və bu yüksəliş arıqlarda köklərə nisbətən daha diqqətə çarpandır. Ancaq LH səviyyəsi qısa müddətdə dəyişdiyindən PKYS diaqnozunu LH-ın yüksək olması ilə əlaqələndirməmək lazımdır. FSH, adətən, normal və ya çox az aşağı səviyyədə olur.
Prolaktin – PKYS olanların 15% qədərində PHL səviyyəsi 25nq/ml-dən yüksək olur. Davamlı olaraq estrogen hormonunun ifraz olunması və ovulyasiya olmadığına görə progesteron hormonu tərəfindən qarşılana bilməməsi və ya DHEA-SO4 yüksəlməsi bu cür yüksəlişin ehtimal olunan səbəblərinə daxildir.

İnsulin ifrazı; kök olsa da, olmasa da PKYS olan qadınlarda insulinə qarşı rezistentlik (İQR) vardır. Aclıq insulin səviyyəsinin normal olması İQR olmadığı mənasına gəlmir. Ümumiyyətlə, PKYS olan qadınların qan şəkərləri normal olsa da, gələcəkdə 2-ci tip şəkərli diabet xəstələri olacaqlarına dair sübutlar vardır. İnsulin müqavimətindən asılı olaraq artan insulin səviyyəsinin PKYS olanlarda bir çox problemin də səbəbi ola biləcəyi düşünülür.

DƏYƏRLƏNDİRMƏ

Ümumiyyətlə PKYS diaqnozu çox vaxt yetkinlikdə başlayan tüklənmə tarixçəsi və qeyri-müntəzəm aybaşılara söykənərək qoyulur. Tüklənmədə artma kişi hormonu ifraz edən törəmədə olduğu kimi qəfil və sürətli deyil, yavaş-yavaş olur. Aybaşıdan qabaq hər hansı bir əlamət olmadığına görə qeyri-müntəzəm olan aybaşı qanaxmalarının nə vaxt başlayacağını əvvəlcədən bilmək mümkün deyil. Bu ovulyasiyasız aybaşı qanaxmalarının ən əhəmiyyətli əlamətidir, ancaq müntəzəm aybaşı qanaxması olanlarda da PKYS ehtimalı vardır.

PKYS olanlarda tüklənmə qarnın alt hissəsində, döş qəfəsi, bel, qol və ayaqda da olmasına baxmayaraq, adətən üz və çənə ilə məhdudlaşır. Həddindən artıq kişi hormon ifrazının əlaməti olan səsin qalınlaşması, klitoromeqali kimi əlamətlər isə PKYS ilə uyuşmur. Köklük isə bir çox PKYS olanlarda rast gəlinən əlamətdir. Bu əlamətləri müşayiət edən USM-də yumurtalıqların polikistoz görüntüsü isə diaqnoz qoymaq üçün əsasdır.

Tüklənmənin hormonal dəyərləndirilməsində isə səhər tezdən testosteron homonu yoxlanılır, əgər normaldırsa, sərbəst testosteron da analiz edilir. Tüklənmənin sürətlə inkişafı kişi hormonu ifraz edən törəmələrdə rast gəlinir, ancaq testosteronun 200nq/dl və DHEA-SO4-ün 7000nq/ml-dən çox olması törəmənin lehinədir.
17-hidroksiprogesteron hormonu 21 hidroksilazanın çatışmazlığı ilə bağlı yaranan anadangəlmə olan adrenal vəzi hiperplaziyasının diaqnozu üçündür. Əgər səviyyəsi 2nq/ml-dən çoxdursa, daha ətraflı araşdırılmalıdır. Əgər Kuşinq sindromu sübhəsi varsa, 24 saatlıq sidik sərbəst kortizolu yoxlanmalıdır.
LH səviyyəsinin gün ərzində dəyişməsi səbəbi ilə LH/FSH səviyyəsi PKYS diaqnozu üçün çox dəyərli kriteriya deyil. PKYS diaqnozunda bir çox qadında yumurtalıqlarda polikistoz görüntü olduğu üçün təkcə USM kifayət deyil, ancaq sadəcə tüklənməsi və ya sadəcə aybaşısı qeyri-müntəzəm olan bir qadındakı USM ilə müəyyənləşən polikistoz görüntü diaqnoz qoyulmasına kömək edir.

MÜALİCƏ
Sonsuzluq –PKYS olan bir qadın hamiləlik planlaşdırırsa, ovulyasiya təşviq etdirilməlidir. Müalicə gündəlik 50mq ilə 5 gün olaraq aparılır, doza isə ən çox gündəlik 150 mq-a qədər artırılır. Bu müalicədə bəzən dəyişkənliklər də edilə bilər, əgər qadın artıq çəkiyə çahibdirsə, yüksək doza klomifen istifadə edilə bilər, ya da insulin rezistentliyi varsa, bunu azaldan metformin kimi dərmanlar əlavə oluna bilər. Əgər qadının yaşı çoxdursa, klomifen əvəzinə birbaşa qonadotropin müalicəsi də başlanıla bilər. Bu müalicə eyni zamanda klomifenə cavab müsbət olmadıqda da faydalıdır.
Tibbi müalicə seçimlərinin hal-hazırdakı qədər təsirli olmadığı əvvəlki illərdə istifadə edilən yumurtalıqların qabığının deşilməsi və ya yumurtalıqlardan xəncər formasında toxumanın çıxarılması kimi əməliyyatlara hal-hazırda üstünlük verilmir.
Tüklənmə (hirsutizm) - əgər hamiləlik planlaşdırmayan və əsas şikayəti tüklənmə olan bir xəstədirsə,doğuş nəzarət həblərindən faydalanma ehtimalı yüksəkdir. Bu həblər qandakı aktiv olan kişi hormonunun miqdarını, yumurtalıqdan ifrazına təzyiq göstərərək və SHBG miqdarını artıraraq azaldır. Ancaq bu müalicəyə cavab müsbət olmazsa, həmin xəstələrə antiandrogen dərmanlar əlavə edilə bilər. Antiandrogen olan spironolaktonun gündəlik 100-200mq istifadəsi həm yumurtalıqlardan kişi hormonunun ifraz olunmasına təzyiq göstərir, həm də kişihormonunun tük köklərinə təsirinin qarşısını alaraq iki tərəfli müalicə edir. Spironolakton istifadə edən qadınlarda ovulyasiya funksiyası təmin edildiyi üçün bu dərmanın hamiləliyə mənfi təsirlərinə görə mütləq doğuşa nəzarət həbləri ilə birlikdə istifadə edilir. Digər antiandrogenik dərmanlar flutamidom və finasterid daha çox istifadə edilmir, siproteron isə daha çox estrogenlərlə birlikdə istifadə edilir. Son illərdə drospirenon adlanan progestinin əvəzləyicisi olan dərman antiandrogenik təsiri ilə estrogenlərlə birlikdə doğuş nzəarət həbi kimi tez-tez istifadə edilir. Bu müalicələr yeni tüklərin çıxmasının qarşısını alır, ancaq əvvəlki tüklərdən epilyasiya və ya tük tökücü kremlərləxilas olmaq olar.
Aybaşının qeyri-müntəzəmliyi – PKYS olan qadınlarda aybaşının olmaması (amenoreya), aybaşı qanaxmasının az olması (oliqomenoreya) və ya tez-tez, bəzən də çox miqdarda funksiya pozğunluğu ilə bağlı qeyri-müntəzəm aybaşılar olur. PKYS olan xəstələrin aylıq müntəzəm aybaşı olmaları onlarda sağlam ovulyasiyanın getməsini göstərmir. Sağlam ovulyasiyası olmayan PKYS olanlarda davamlı olaraq endometriuma təsir edən və qarşılana bilməyən estrogen hormon səbəbi ilə endometrium hiperplaziya və sonrakı dövrlərdə endometrium xərçəngi riski nəzərdə tutulmalıdır. Bu risk doğum kontrol həbi və ya aylıq dövri progestin istifadəsilə aradan qalxa bilər. Bununla yanaşı, uzun müddətdir qeyri-müntəzəm qanaxmaları olan və müalicə almamış qadınlardan endometriumdan diaqnoz məqsədilə götürülən hissə barəsində həssaslıq göstərilməlidir.

2-ci tip şəkərli diabet riski – PKYS olan qadınlarda, xüsusilə də kökdürsə 2-ci tip şəkərli diabet xəstəliyinin inkişaf etmə riski ilə bağlı sübutlar var. Adətən, 2-ci tip şəkərli diabet xəstəliyiinsulin rezistentliyini izləyən qlükoza dözümlülüyünün pozulmasından sonra yaranır. Bununla yanaşı, PKYS olanların ailəsində şəkər xəstəliyi tarixçəsinə diqqət yetirilməlidir. Bunun üçün PKYS olan qadınların müntəzəm olaraq ac halda qandakı şəkərin yoxlanması və isulinlə qlükoza dözümsüzlüyünün yoxlanması məntiqli araşdırmadır. Analizin nəticəsi olaraq çıxan normal cavablar insulin rezistentliyinin olmadığı mənasına gəlmir, hətta belə bir yanaşma da var ki, PKYS-nin əksi isbat edilmədiyi müddətdə insulinə qarşı rezistentlik olduğu qəbul edilir. Anormal yüksək aclıq insulin göstəriciləri insulinə rezistentliyin əlamətidir. Ac haldaqanda şəkərin miqdarı 100mq/dl-dən çox 125 mq/dl-dən azdırsa, pozulmuş qlükoza dözümlülüyü, ancaq 125 mq/dl-dən çoxdursa, 2-ci tip şəkərli diabetə uyğundur. Bununla yanaşı PKYS olan kök qadınlarda qan lipid göstəriciləri və qaraciyər funksiyası araşdırılmalıdır. Qaraciyər funksiyası analizində göstəricilərin yüksək olması qaraciyərin piylənməsini göstərir. Bu cür xəstələrdə şəkərli diabet xəstəliyinin əmələ gəlməsindən qorunmağın ən yaxşı yolu pəhriz və idmanla arıqlamaqdır, bu hətta insulin rezistentliyini azaldan dərmanlardan belə daha effektivdir.

Uzm. Dr. HAKAN TANRIVERDİ

© http://cirtdan.tv/


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 847 | Əlavə edib: cirtdan-milli | Teqlər: Hakan, Polikistoz, sindromu, yumurtalıq | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:04:29
«  Mart 2017  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Copyright Cirtdan.TV ©
2013 - 2018
22:33 Bazar 2018.01.21
Online: 1
Qonaq: 1
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev