||
Analar ÜÇÜN » 2016 » Dekabr » 5 » Hamiləlik və qalxanabənzər vəzi xəstəlikləri
20:14
Hamiləlik və qalxanabənzər vəzi xəstəlikləri
Hamiləlik və tiroid xəsəlikləri

Hamiləliyə xas olan dəyişkənliklər qalxanabənzər vəzi funksiyalarına hamiləliyin başlanğıcından etibarən təsir edir, ancaq qidalarla kifayət qədər yod qəbul edilərsə və altda yatan qalxanabənzər vəzi xəstəliyi yoxdursa, hamiləlikdə bədən bu dəyişkənliklərə uyğunlaşır. Nəsil artırma çağında qadının gündəlik yod ehtiyacı 150 mq, hamiləlikdə 250 mq-dır.

Organogenez, yəni körpənin orqanlarının əmələ gəldiyi ilk 3 ayda körpə öz tiroid hormonunu sintez edə bilmədiyindən anadan ifraz olunan tiroid hormonu körpənin beyin inkişafı üçün çox əhəmiyyətlidir. Xüsusilə hamiləliyin ilk 3 ayında müdaxilə edilməyən tiroid funksiyasındakı dəyişkənliklər, yəni gizli subklinik və ya aşkar tiroid vəzinin az (hipotiroid) və ya çox (hipertiroid) işləməsi, körpənin nevropsixoloji və intelektual inkişafına mənfi təsir edir. İdeal olanı isə tiroid funksiyasının hamiləlikdən əvvəl dəyərləndirilməsidir.

Hamilələrə hansı tiroid analizləri edilir?

Hamiləlikdə tiroidin funksional vəziyyətini 16-cı həftəyə qədər TSH və sərbəst T4 səviyyəsi, 16-cı həftədən sonra tək başına TSH əks etdirir. Hamiləlikdə tiroid hormonunun norma aralıqları hamiləlik həftəsinə görə dəyişir. Hamiləlik həftəsi irəlilədikcə TSH yüksəlir, sərbəst T4 azalır. Beynəlxalq endokrinoloji cəmiyyət ilk 3 ay üçün TSH-ın 2,5 ml-dən, sonra isə 3 ml-dən az olmasını normal qəbul edir.

Tiroidlə bağlı digər əhəmiyyətli əlamət anti-tiroid peroksidazın (anti-TPO) müsbət olmasıdır. Anti-TPO sonsuzluq, erkən doğum və uşaq salma üçün bir əlamət ola bilər. Hamilələrin 10%-ində erkən dövrdə müsbət olur, bu hamilələrin erkən hamiləlikdə aparılan tiroid funksiya analizləri normal olsa da, irəliləyən hamiləliklə bərabər hipotiroid və bununla bağlı uşaq salma və ya erkən doğum riski daşıyırlar. Bu səbəbdən, tiroid funksiyası normal belə olsa, dərman, L-tiroksin, qəbulu başlanmalıdır. Əgər erkən hamiləlikdə anti-TPO mənfi, TSH isə 2,5 ml arasındadırsa, belə hamilələrin uşaq salma və ya ölü doğuş etmə riski TSH səviyyəsi 2,5 ml-dən aşağı olanlarla müqayisədə ciddi dərəcədə yüksəkdir.

Hamiləlik və hipertiroid


Hamiləlikdə hipertiroid, yəni tiroid vəzinin çox işləməsi olduqca nadir rast gəlinir və əsas səbəbi Qraves xəstəliyidir. Bununla yanaşı xüsusilə ilk 3 ayda hamiləlikdə gedərək artan HCG səviyyəsi ilə əlaqəli müvəqqəti tirotoksikozun inkişafı da əsasıdr, lakin bu mənzərə 14-cü həftədən sonra geriləyir.

Hamiləlik zamanı hipertiroid müalicə edilməzsə uşaq salmaya, ciftin daha tez ayrılması səbəbi ilə həm körpə, həm də ana üçün həyati təhlükəyə, erkən doğum və hamiləlik təzyiqinə, körpədə inkişaf geriliyinə, bəzi anadan gəlmə əlilliyə və doğulmuş körpədə hipertiroidə səbəb ola bilər. Bununla yanaşı, hipertiroidi nəzarət altında olmayan hamilədə doğum müddəti tiroid krizi kimi çox ciddi pronlemə təkan verə bilər.

Müalicə: Hipertiroidi olan hamilələrdə ilk 3 ayda seçiləcək dərman propiltiourasil, sonrakı dövrdə isə metimazoldur. Lakin bu antitiroid dərmanların körpəyə keçib hipotirodi yarada biləcəyi üçün doza düzgün təyin edilməlidir. Məqsəd sərbəst T4 səviyyəsini hamiləlikdən əvvəl və sonrakı normal səviyyənin 1/3-dən yüksək tutmaqdır. Müalicəyə cavab verməyən hipertiroidli hamilələrdə ikinci 3 aylıq dövrdən etibarən cərahi yolla tiroid vəzisi çıxarıla bilər.

Hamiləlik və hipotiroid

Hamiləlikdə aşkar hipotiroid 5%, subklinik-gizli, yəni TSH yüksək və sərbəst T4 normal, hipotiroid isə 2,5 %-dir. Əsas səbəbləri isə yod çatışmazlığı olan bölgələrdə kifayət qədər yodun qəbul edilməməsi ilə, digər bölgələrdə otoimmun tiroid xəstəliyi ilə bağlıdır. Hamiləlikdə birincili hipertiroid diaqnozu TSH səviyyəsinə görə qoyulur.

Anada hamillikdən əvvəl diaqnozu qoyulub müalicə edilməmiş hipotiroid uşaq salma, qan azlığı, ciftin erkən ayrılıb ana və körpə üçün həyati təhlükə yaratması, doğumdan sonra qanaxma, erkən doğum, yeni doğulmuş körpənin tənəffüs sistemində problemin yaranması kimi vəziyyətlərə səbəb olur. Bununla yanaşı aşkar və ya subklinik hipotiroid, eyni zamanda, körpənin beyninin inkişafına da mənfi təsir göstərir.

Müalicə: Müalicədə L-tiroksindən istifadə edilir. İstifadə dozası hamiləlikdən əvvəlki dozası ilə müqayisədə daha yüksəkdir. Buradakı məqsəd TSH səviyyəsini 2,5 uU/ml-dən aşağıda saxlamaqdır. Daha əvvəl L-tiroksin istifadə edən qadın hamilə qaldıqda həkimə müraciət edənə qədər həftənin 2 günü istifadə etdiyi dozanı 2 dəfə artırmalıdır, daha sonra isə aylıq sərbəst T4 və TSH səviyyəsinə baxılaraq doza tənzimlənir.

Əgər körpəyə mənfi təsir göstərən hipotiroksinemiya, yəni sərbəst T4 səviyyəsi aşağı, TSh normaldırsa, unutmaq lazım deyil ki, bunun səbəblərindən biri yod çatışmazlığıdır. Bu mənzərədə gizli immun səbəbi yoxdursa, müalicənin aparılması mübahisəli hal alır. Ancaq yod çatışmazlığı araşdırılmalı və lazım olarsa yodu artıran müalicələr aparılmalıdır.

Tiroid funksiyasında pozğunluq riski olanlar:

1-Əvvəllər tiroid xəstəliyi və ya cərrahiyəsi keçirənlər
2-Ailəsində tiroid xəstəliyi olan qadınlar
3-Zobu olan qadınlar
4-Daha əvvəlcədən tiroid anticismi olan qadınlar
5-Tiroid pozğunluğuna işarə edən qan azlığı, xolesterolun yüksək olması, qanda natiumun səviyyəsinin aşağı olması müşahidə edilən qadınlar.
6-1-ci tip şəkər xəstəliyi olanlar
7-digər immune xəstəliyi olanlar
8-sonsuz olan qadınlar
9-Daha əvvəl baş və boyun nahiyəsinə şüa müalicəsi alan qadınlar
10-erkən doğum və uşaq salma tarixçəsi olan qadınlar

Uzm. Dr. HAKAN TANRIVERDİ


Bölmə: Uzm. Dr. HAKAN TANRIVERDİ | Baxış sayı: 1312 | Əlavə edib: hakantv | Teqlər: Hakan, Hamiləlik, , vəzi, qalxanabənzər, xəstəlikləri | Reytinq: 5.0/1
Şərh sayı: 0
avatar
Uzm. Dr. Hakan Tanrıverdi
Cərrah Ginekolog

Op.Dr.Hakan   Tanriverdi
00:01:48
«  Dekabr 2016  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Copyright Cirtdan.TV ©
2013 - 2017
09:19 Pərşəmbə 2017.08.19
Online: 3
Qonaq: 3
İstafədəçi: 0
Cirtdan.TV PORTALI

Saytda yerləşdirilən online istifadə üçün nəzərdə tutulan bütün materiallar tanışlıq məqsədi ilə qoyularaq Video.Az, Youtube.Com , VK.comFreeOnlineGames(FOG) portallarının, o cümlədən Cirtdan.TV-də yerləşdirilmiş digər materialların rəsmi internet səhifələrinin açıq istifadə üçün nəzərdə tutulmuş resurslarından alınmışdır. Materialların məzmunu,keyfiyyəti və onlara yazılan şərhlərə, istifadəçilərin FOTOVİDEO ARXİVə yüklədiyi şəkil və videolara görə sayt və sayt administrasiyası məsuliyyət daşımır.
Statistika

Webmaster & Designer: Ilkin Hakhverdiyev